Icma.az
close
up
RU
Azərbaycanın son addımı: “Rusiyanı düşünməyə məcbur edə bilər”

Azərbaycanın son addımı: “Rusiyanı düşünməyə məcbur edə bilər”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. 

Mediada yayılan iddialara görə, imtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir. Rəsmi Bakının bu addımından sonra Azərbaycan-Rusiya münasibətləri daha da kəskinləşə bilərmi? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın MDB toplantısına qatılmamaq qərarı tamamilə doğru addımdır. Onun sözlərinə görə, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən bu təşkilatda iştirak getdikcə daha əhəmiyyətsiz bir məsələyə çevrilir: 

"Bu təşkilat tərkibində əməkdaşlıq etdiyimiz Rusiya tərəfindən Azərbaycana olan münasibət adekvat münasibətlər deyil. 

Xüsusilə, son 8 ayda Rusiya tərəfindən Azərbaycana qarşı atılan addımlar, maraqlarımızın nəzərə alınmaması və ölkəmizə edilən təzyiqlər Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradıb. 

Azərbaycan təyyarəsinin vurulması, Milli Məclisin üzvünün Rusiyadan deportasiya olunması, media məkanımıza qarşı həyata keçirilən kiber hücumlar və rusiyada azərbaycanlılara qarşı baş verən repressiyalarla bağlı haqlı suallarımıza bu günə qədər cavab verilməyib". 

Oqtay Qasımov qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh müqaviləsinin imzalanmasını istəməyən əsas ölkələrdən biridir: 

"Moskva bu sülh müqaviləsini öz maraqları üçün təhlükə hesab edir və Cənubi Qafqazdakı mövqelərinin zəifləməsindən ehtiyatlanır. Bütün bu səbəblər Azərbaycana əsas verir ki, Rusiya ilə münasibətlərdə daha sərt və adekvat mövqe sərgiləsin. Hesab edirəm ki, həmin addımlardan biri də MDB toplantısına qatılmamaqdır. 

Bu, Rusiyanı daha rasional düşünməyə məcbur edə bilər. Rusiya nəhayət, başa düşməlidir ki, Azərbaycan və digər postsovet ölkələri ilə münasibətlərdə imperialist təkəbbürdən əl çəkməli, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanmalıdır. Əks halda, Azərbaycan müqavimət göstərəcək və öz maraqlarını müdafiə edəcək". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: Azərbaycan Rusiya MDB Oqtay Qasımov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri