Icma.az
close
up
RU
Azərbaycanın təsirli cavab imkanları kifayət qədər genişdir

Azərbaycanın təsirli cavab imkanları kifayət qədər genişdir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Moskva özünün çürümüş imperiya siyasətini və işğalçı üzünü göstərməyə davam edir. Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Ukraynanın Odessa şəhərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurması şimal qonşumuzun Azərbaycana qarşı hibrid müharibəsinin təzahürüdür. Bu baxımdan, SOCAR-ın Ukraynadakı infrastrukturuna endirilən zərbəni qətiyyən təsadüfi hadisə hesab etmək olmaz. Kreml heç vaxt təsadüf anlayışı ilə hərəkət etmir. Azərbaycana qarşı atılan bütün addımlar xüsusi plana əsaslanır.
Sözügedən plan isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə, onun Cənubi Qafqazdakı liderlik mövqeyinə, habelə son vaxtlar Azərbaycan-ABŞ-Ermənistan formatında regionda sülh və sabitlik naminə atılan addımlara qarşı yönəlib. Putin Rusiyası ABŞ-ın Cənubi Qafqazda yeni geosiyasi arxitektura formalaşdırmaq səylərini özünə qarşı açıq təhlükə kimi dəyərləndirir. Rusiyalı politoloqların və hərbi ekspertlərin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması barədə isterik çıxışları da məhz Kremlin bu narahatlıqlarından qaynaqlanır.
Kreml strateqləri Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə görə ilk növbədə Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar. Kreml Azərbaycanın timsalında "yeni düşmən" obrazı yaratmağa çalışır. Belə bir obrazın yaradılması ona həm daxili sabitlik və cəmiyyətin toparlanması üçün, həm də postsovet ölkələrinə qarşı ekspansiv siyasətini davam etdirmək üçün lazımdır. Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsi də bu siyasətin tərkib hissələrindən biridir.
Əlbəttə, Rusiyanın bu cür aqressiv addımlarının və təxribatlarının arxasında başqa amillər və motivlər də dayanır. SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməklə, Kreml həm də Ukrayna ilə istər energetika sahəsində, istərsə də digər sahələrdə əməkdaşlığı genişləndirməyə səy göstərən MDB ölkələrinə bir növ xəbərdarlıq etməyə, onları Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır. Yəni ki, bununla MDB ölkələrinə mesaj verilir ki, Moskva sizin Ukrayna ilə əməkdaşlığınıza və şirkətlərinizin Ukraynadakı fəaliyyətlərinə göz yummayacaq. Bu mənada ruslar SOCAR-ın Odessadakı bazasını vurmaqla postsovet ölkələrinin şirkətlərini qorxutmağa çalışırlar.
Lakin Azərbaycanın Kremlin təxribatlarına və hibrid müharibə addımlarına qarşı cəsarətli və effektiv cavab addımları qarşı tərəfin təxribatlarını, məkrli planlarını puça çıxarmaqla yanaşı, digər MDB ölkələrinin də Rusiyanın təhdidlərinə, hədə-qorxularına qarşı dirəniş göstərmələri üçün stimul yaradır. Azərbaycanın müstəqil siyasət yürütməsi postsovet ölkələri üçün örnəyə çevrilir. Məhz Azərbaycanın Rusiyanın neoimperiya davranışlarına qarşı cəsarətli dirənişinin sayəsində indi əksər postsovet respublikalarında bir həqiqəti başa düşməyə başlayıblar ki, Kremlin təhdidlərini, təxribatlarını heç bir halda cavabsız qoymaq olmaz. Bu kontekstdə Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq infrastrukturuna zərbələr endirməsi də cavabsız qalmayacaq. Rusiya SOCAR-a zərbə endirməyin bədəlini tezliklə ödəyəcək. Azərbaycanın təsirli cavab imkanları kifayət qədər genişdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri