Icma.az
close
up
RU
“Əslində isə imkanlar kifayət qədər genişdir...”

“Əslində isə imkanlar kifayət qədər genişdir...”

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanla Vyetnam arasında iqtisadi münasibətləri müəyyən mənada hələ doymamış, böyük inkişaf potensialına malik münasibətlər kimi xarakterizə etmək olar. Çünki iki ölkə mövcud iqtisadi əməkdaşlıqdan kifayət qədər bəhrələnmir. Rəqəmlər də bunu göstərir. 2022-ci ildə təxminən 595 milyon dollara çatan qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə 153 milyon dollara düşüb. Yəni cəmi üç il ərzində təxminən dörd dəfə azalıb”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

İqtisadçının sözlərinə görə, halbuki Azərbaycanın illik xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxındır:

“Vyetnamın isə ötən il xarici ticarət dövriyyəsi 930 milyard dolları ötüb. Bu ilin ilk 10 ayında isə artıq 1 trilyon dollar həddini keçib.Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Azərbaycanla ticarət Vyetnamın ümumi xarici ticarət dövriyyəsinin cəmi 0,0165%-ni təşkil edib. Başqa sözlə, Vyetnamın hər 1000 dollarlıq xarici ticarətinin təxminən 16,5 senti Azərbaycanın payına düşüb. Bu rəqəm əməkdaşlığın istifadə olunmamış potensialını aydın göstərir. Əslində isə imkanlar kifayət qədər genişdir. Prezident İlham Əliyevin Vyetnama səfəri də məhz bu imkanların reallaşdırılması və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vyetnam şirkətlərinin Azərbaycana investisiya marağı, sənaye, kənd təsərrüfatı, bərpaolunan enerji və infrastruktur sahələrində əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə Vyetnamın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Üstəlik, Vyetnam son illərdə sürətlə inkişaf edən, beynəlxalq ticarətdə və qlobal istehsal zəncirlərində mövqeyini gücləndirən ölkələrdən birinə çevrilib. Düşünürəm ki, Azərbaycanla Vyetnam arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq davamlı xarakter alarsa, xüsusilə qarşılıqlı investisiyalar və konkret biznes layihələri ilə dəstəklənərsə, yaxın illərdə mövcud göstəricilərdən qat-qat yüksək nəticələr əldə etmək mümkündür”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri