Icma.az
close
up
RU
Azərbaycanın və Monteneqronun Ombudsman təsisatları arasında təcrübə mübadiləsi təşkil olunub

Azərbaycanın və Monteneqronun Ombudsman təsisatları arasında təcrübə mübadiləsi təşkil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində bilik və bacarıqların artırılması məqsədilə xarici ölkələrin ombudsman təsisatları ilə təcrübə mübadiləsi Azərbaycan Ombudsmanının (insan hüquqları üzrə müvəkkil) beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.

Azərbaycanın Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, belə təcrübə mübadilələrindən biri də bu günlərdə Monteneqronun Ombudsman təsisatı ilə birgə təşkil olunub.

Ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təmini sahələrində təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanın Ombudsman Aparatının bir sıra əməkdaşları - Cavidan Qorçiyev, Vəfa Verdiyeva, Sevinc Şener, Fərqanə Məmmədxanova, Pərvin Rəhimov və Mikayıl Bayramov Monteneqronun Budva şəhərində “Monteneqro və Azərbaycanın Ombudsman təsisatları perspektivindən ayrı-seçkiliyin qarşısının alınmasına dair təcrübələr” mövzusuna həsr olunmuş təlimdə iştirak ediblər.

Tədbirin əsas məqsədi ayrı-seçkiliyin qarşısının alınması, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmini və Ombudsman təsisatlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsi istiqamətində Monteneqro təcrübəsi ilə tanışlıq, eləcə də iki ölkə arasında səmərəli təcrübə mübadiləsini təşviq etmək olub.

Təlim çərçivəsində keçirilmiş plenar sessiya və panellərdə insan hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatlarının gender əsaslı zorakılığa, nifrət nitqinə qarşı mübarizədə rolu, beynəlxalq mexanizmlərin tətbiqi, əlilliyi olan şəxslərin bərabər imkanlara çıxışı, məlumatların toplanması və hesabatların hazırlanması, ictimaiyyət və media ilə əməkdaşlıq, eləcə də risk qrupundakı şəxslərə proaktiv yanaşma kimi bir sıra aktual mövzular üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, nümayəndə heyəti proqram çərçivəsində Monteneqronun İnsan Haqları və Azlıqların Hüquqları üzrə Nazirliyini ziyarət edərək, onların xüsusilə gender bərabərliyi və həssas qrupların hüquqlarının müdafiəsinə dair həyata keçirdikləri fəaliyyətlə tanış olub.

Yekunda mövzu üzrə interaktiv fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri