Icma.az
close
up
RU
Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında 2025 2026 cı illər üzrə fəaliyyət planını imzalanıb

Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında 2025 2026 cı illər üzrə fəaliyyət planını imzalanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan Prezidentinin Qazaxıstana iki, Qazaxıstan Prezidentinin isə ölkəmizə üç səfərinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri və Qazaxıstanla əlaqələrin bütün sahələrdə gücləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd edib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, habelə qarşılıqlı maraq doğura biləcək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə təşəbbüslərin irəli sürülməsinin, ali və yüksək səviyyədə toplantıların keçirilməsinin, əhəmiyyətli qərarların qəbulunun, habelə təşkilatın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və institusionallaşması istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.

Beynəlxalq platformalardan bəhs edərkən, ötən ilin noyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstanın ən yüksək səviyyədə təmsil olunmasının, tədbirin işində yaxından iştirakının və ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulmasının yüksək qiymətləndirildiyi vurğulanıb.

Nəqliyyat-kommunikasiya istiqamətlərinə gəlincə, Orta Dəhlizin ayrılmaz komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan “Xəzər dənizinin dibi ilə fiber optik kabel magistralı” layihəsinin Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha dinamik xarakter almasına xidmət edəcəyinə əminlik ifadə olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumu barədə məlumatlandırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Qazaxıstan tərəfinin sülh prosesinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində qazanılan nailiyyətə baxmayaraq, Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, Minsk qrupunun saxlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyinin fundamental problem olaraq qaldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planını imzalayıblar.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see141

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see125

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri