Icma.az
close
up
RU
“Azərbaycanın xarici dövlət borcunun olmaması daha təhlükəlidir” İLHAM ŞABAN FOTO

“Azərbaycanın xarici dövlət borcunun olmaması daha təhlükəlidir” İLHAM ŞABAN FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.


Ötən gün Azərbaycanın xarici və daxili borcu açıqlanıb. Bu məsələ hər zaman iqtisadi müzakirələrin əsas mövzularından biri olub.
Avtosfer.az xəbər verir ki, dövlətin borc yükü həm ölkənin maliyyə sabitliyinə, həm də beynəlxalq imicinə təsir göstərir. Borcun yüksək və ya aşağı olması isə müxtəlif baxışlara səbəb olur. Bir tərəfdən bu göstəricilər iqtisadiyyat üçün risk kimi dəyərləndirilə bilər, digər tərəfdən isə müəyyən maliyyə aləti və ya təhlükəsizlik mexanizmi rolunu oynaya bilər.


Məsələ ilə bağlı iqtisadçı İlham Şaban Avtosfer.az-a açıqlamasında bildirib ki, dövlət borcunun olması normal haldır:
“Əsasən də bazar iqtisadiyyatı olan ölkələr üçün bu, adi iqtisadi mexanizmdir. Məsələn, ABŞ-də də dövlət borcu mövcuddur. Ümumiyyətlə, dövlət borcu nədən yaranır? Necə ki, adi vətəndaş məişət texnikası almaq və ya hər hansı problemini həll etmək üçün kredit götürür, dövlət də müəyyən layihələri həyata keçirmək məqsədilə borc alır.
Maraqlı bir nümunə də var. Keçmiş Sovet məkanında ən gəlirli şirkətlərdən biri “Lukoil” idi. Bakıda keçirilən tədbirlərin birində şirkətin rəhbəri Vahid Ələkbərovdan soruşdum ki, aktivlərinizin 15%-i qədər borcunuz var, bu, təhlükə deyilmi? O isə cavabında dedi ki, “təhlükə o zaman olur ki, ümumiyyətlə, borcun olmur. Çünki bu halda səni almaq istəyənlərin sayı artır”. Yəni müəyyən həcmdə borcun olması həm də iqtisadi baxımdan faydalı sayılır”.
Həmçinin İlham Şaban qeyd edib ki, iqtisadiyyatın və ya aktivlərin 20%-nə qədər borcun olması normal hesab edilir:
“Azərbaycanın ÜDM-i hazırda təxminən 72–73 milyard dollar təşkil edir, xarici dövlət borcu isə cəmi 5 milyard dollar yaxındır. Bu, çox kiçik göstəricidir. Əsl təhlükə o zaman yaranır ki, ölkənin borcu var, amma onu qaytarmaq imkanı və ya mənbələri yoxdur. Bu halda dövlət çıxış yolu tapa bilmir. Dünyada bunun nümunələri çoxdur. Xüsusən də bəzi Afrika ölkələri Dünya Bankından borc alır, qaytara bilmir, sonra Beynəlxalq Valyuta Fonduna müraciət edərək yeni borc götürür və əvvəlkini onunla ödəyir. Yəni borc zənciri yaranır. Amma Azərbaycan üçün vəziyyət fərqlidir. Ölkəmiz kifayət qədər gəlirlidir. Hətta bu il üçün büdcədə 3 milyard manatlıq kəsir proqnozlaşdırılsa da, ilin birinci yarısında vergi və rüsumların artması, eləcə də enerji sektorundan daxilolmalar sayəsində kəsir müşahidə olunmayıb. Ona görə də Azərbaycanın indiki borc göstəriciləri təhlükəli deyil və ölkə üçün ciddi problem yaratmır”.


Deputat Vüqar Rəhimzadə mövzu ilə bağlı saytımıza açıqlamasında deyib ki, Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib:
“Dövlətimiz öz resurslarımıza arxalanaraq güclü, müstəqil, heç kimdən asılı olmayan iqtisadiyyat qura bilib. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollara yaxındır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır. Bu uğurların təməlində dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.
Deputat vurğulayıb ki, avqustun 19-da Prezident İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Jared Coheni qəbul etdi:
“Görüş zamanı ölkəmizlə şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. “The Goldman Sachs Group Inc.” şirkəti hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir. Bu şirkətin ölkəmizə marağı dövlətimizin nə qədər güclü və etibarlı iqtisadiyyata malik olmasının göstəricisidir.
Dövlət borcu ilə bağlı Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır. 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 4 milyard 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20 milyard 121 milyon 300 min manat olmaqla ümumi dövlət borcunun 28 milyard 407 milyon 100 min manat təşkil edəcəyi proqnozlaşdırılır. 2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2%-nin 5 ilədək, 35,4%-nin 5-10 il ərzində, 7,4%-nin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. 2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7%-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır”.
Vüqar Rəhimzadə açıqlanan dövlət borcunun iqtisadiyyatımız üçün heç bir risk yaratmadığını bildirib:
“Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədədir. Prezident İlham Əliyev hələ ötən il sentyabr ayında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də qeyd etdi ki, heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik”.


Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see244

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see212

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see185

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see173

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see140

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see134

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see132

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see129

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see129

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see129

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see128

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see126

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see121

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see121

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see120

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see120

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri