Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasət strategiyası milli maraqlara əsaslanır

Azərbaycanın xarici siyasət strategiyası milli maraqlara əsaslanır

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul edildi və bu addım ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynadı. Azərbaycan 156-cı üzv dövlət kimi BMT-yə qoşuldu. Ulu Öndərin milli maraqlara söykənən xarici siyasət kursunun əsasını Ermənistanın işğalçılıq siyasətinə son qoyulması təşkil edirdi. Ümumilli lider Heydər Əliyev ilk dəfə 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycanın BMT ilə məzmunlu tərəfdaşlığının əsasını qoymuşdur. Daha sonra o, 1995-ci ilin oktyabr ayında BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi iclasda və 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında çıxış etmişdir.Prezident İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış etmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti kimi. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, həmin illərdə ölkəmizin BMT TŞ-na üzvlüyü çərçivəsində 2012-ci ilin may ayında dövlət başçımız Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. 2013-cü ildə isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın təşviqinə həsr olunmuş yüksək səviyyəli iclas keçirilmişdir. Bu, Təhlükəsizlik Şurasının tarixində İƏT-ə həsr olunmuş ilk iclas olmuşdur.Bundan başqa, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış etmişdir. Prezident İlham Əliyev hazırda Nyu-York-da BMT-in Mənzil Qərargahında keçirilən BMT Baş Assambleyasının 80-ci, yubiley sessiyasına qatılır. BMT-nin 80 illiyi ərəfəsində təşkilatda islahatların aparılması məqsədilə Baş katib Antonio Quterreş tərəfindən 2025-ci ilin mart ayında “UN80” Təşəbbüsü irəli sürülmüşdür. Bu təşəbbüslə bağlı, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu nəzərdə tutulan islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmamalı olduğunu vurğulayır.Ölkəmiz üzv dövlət kimi, BMT-də islahatların zəruriliyini xüsusi vurğulayır. Prezident İlham Əliyev dəfələrlə Təhlükəsizlik Şurasının müasir beynəlxalq reallıqlara uyğunlaşdırılmasının vacibliyini bildirib. Onun fikrincə, Şurada yeni daimi üzvlərin təmsil olunması, xüsusilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına bir yer ayrılması qlobal ədalətlilik baxımından labüddür. Bu mövqe Azərbaycanın yalnız milli maraqlarını deyil, həm də Qlobal Cənub ölkələrinin maraqlarını müdafiə etdiyini nümayiş etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış və prinsipial mövqeyi ilə dünya nizamının daha ədalətli və inklüziv olması üçün təşəbbüslər irəli sürür. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyimiz dövründə, həm UNFCCC COP29-a evsahibliyimiz zamanı, həm də COVİD-19 pandemiyası zamanı Qlobal Cənubun maraqlarının qorunmasını təmin etmiş, dekolonizasiya, iqlim dəyişmələri, ədalətlilik, bərabərlik kimi bu ölkələri narahat edən mövzularda dəstəyini ifadə etmiş və böyük töhfə vermişdir.Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər olunması və peyvəndlərə ədalətli və bərabər çıxışın təmin edilməsi istiqamətində ön sıralarında yer almışdır. BMT strukturu olan Ümumdünya Səhiyyə Təşkilatına bu məqsədlə 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edilmişdir. Donor ölkə kimi Azərbaycan indiyədək 140-dan artıq xarici ölkəyə humanitar yardım göstərmişdir. COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar dəstək vermişdir.Beləliklə, Azərbaycan həm regional təhlükəsizliyin təminatçısı, həm də qlobal idarəetmənin ədalətli prinsiplərlə yenidən formalaşması üçün təkliflər irəli sürən bir dövlət kimi çıxış edir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri