Icma.az
close
up
RU
Azərbaycanın yeni dünya düzənində strateji mövqeyi və diplomatik əməkdaşlığı şəffafdır Yeni Gündəm

Azərbaycanın yeni dünya düzənində strateji mövqeyi və diplomatik əməkdaşlığı şəffafdır Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum çağdaş dövrün ən aktual siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin dərindən təhlil edildiyi mühüm bir tədbir kimi yadda qalıb. 80-dən çox əcnəbi qonağın iştirak etdiyi forumda Prezident İlham Əliyevin çıxışı bu formatın qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu platforma olduğunu bir daha təsdiqləyir.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bütövlükdə regionun gələcəyini müəyyən edən həlledici mərhələ oldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüququn aliliyini bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallıq region ölkələri və beynəlxalq aktorlar üçün dəyişən şərtləri qəbul etməyi zəruri etdi. Lakin Ermənistan rəhbərliyi hələ də bu yeni situasiyanı qəbul etməkdən yayınır, revanşist fikirlərə söykənən yanlış siyasətini davam etdirir. Forumda Azərbaycan Prezidenti çıxışında qeyd edib: “2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır”.

Post-münaqişə dövründə Ermənistanda siyasi və ideoloji radikalizm meyilləri hələ də qalmaqdadır. Dəfələrlə edilən sülh çağırışlarına baxmayaraq, rəsmi İrəvan daxili siyasi mühitində revanşist ritorikanı təşviq edən dairələrə meydan verməkdə davam edir. Bu yanaşma həm Ermənistanın gələcəyini riskə atır, həm də regionda davamlı sülhün bərqərar olunmasına ciddi maneə yaradır. Azərbaycanın regional əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan təşəbbüslərinə qarşı Ermənistan tərəfindən hələ də qeyri-konstruktiv və etinasız mövqe sərgilənir. Forumda dövlətimizin başçısı çıxışında bildirib ki, biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik: “Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur”.

Forumda Prezident İlham Əliyev Türk dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Tarix, dil, mədəniyyət və ortaq mənəvi dəyərlərin birləşdirdiyi bu dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi regional təhlükəsizlik və sosial-iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafı üçün müvafiq təşəbbüslər irəli sürməyə davam edir. Türk dünyası ölkələri arasında hərtərəfli əlaqələrin qurulması, eləcə də enerji, iqtisadiyyat və mədəniyyət sahələrində yeni imkanların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Bu təşkilat Türk dünyasının siyasi və iqtisadi gücünü artıracaq, qarşılıqlı təcrübə mübadiləsi ilə tərəflər üçün faydalı nəticələr əldə edilməsinə şərait yaradacaqdır.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycan diplomatiyasının çevikliyini və qlobal hadisələrə adekvat reaksiya vermə bacarığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışı həm dövlətçilik maraqlarının müdafiəsi, həm də beynəlxalq ictimaiyyətin diqqətini əsaslı məsələlərə yönəltmək baxımından strateji əhəmiyyət kəsb edir. Dəyişən dünya nizamında Azərbaycanın yeri və rolu daha çox maraq doğurur. Bu forum bir daha təsdiq edir ki, ölkəmiz qlobal arenada siyasi dialoqun və beynəlxalq əməkdaşlığın təşəbbüskarıdır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see332

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see141

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see134

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see127

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see127

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see126

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see121

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see121

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see115

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri