Icma.az
close
up
RU
Azərbaycanın yeni üzü HEYRƏTLƏNƏCƏKSİNİZ

Azərbaycanın yeni üzü HEYRƏTLƏNƏCƏKSİNİZ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Diqqətləri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə yönəldəndə görürük ki, indi ölkəmiz qlobal diplomatiya, beynəlxalq kommunikasiya platformaları, multikultural əməkdaşlıq və strateji tədbirlər industriyasının əsas mərkəzinə çevrilib. Formula1 Azərbaycan Qran Prisi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Eurovision” Mahnı Müsabiqəsi, COP29, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının toplantıları, Dünya Dini Liderlərinin Sammitləri, beynəlxalq iqtisadi forumlar, enerji konfransları, humanitar platformalar, media forumları, idman yarışları, mədəniyyət festivalları...

Bu gün isə WUF13-ün bağlanışı olacaq.

Sadaladıqlarımız Azərbaycanın qlobal təqdimat laboratoriyasıdır. Yeni Azərbaycan insanının formalaşma platforması, milli transformasiyanın canlı səhnəsidir.

Bu tədbirlərdə ümumilikdə on minlərlə Azərbaycan gənci könüllü kimi iştirak edib. Könüllülük tək iştirakçılıq anlamına gəlmir. Könüllülər milli reprezentasiya missiyasının canlı simalarıdırlar. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar Azərbaycanı ilk olaraq məhz bu gənclərin simasında görürlər.
Könüllülərin ilk salamında, təbəssümü və davranışında Azərbaycan görünür.

Nə xoş Azərbaycana...

Beynəlxalq tədbirlərin hər birində olduğu kimi WUF13-də də hər kəsi ilk qarşılayan könüllülərdir. Adam yaxşı mənada heyrətə gəlir. Gənclər təmkinləri, etik davranışları, çevik, operativ qərarvermə bacarıqları, kommunikasiya mədəniyyətləri ilə adamı valeh edirlər. Sən sual verirsən, könüllü cavab verib getmir. Problemin tam həll olunana qədər yanında dayanır. Bu gənclik qlobal davranış kodeksini, beynəlxalq protokol anlayışını bilir. Milli kimliyini qoruyaraq dünyəvi davranış nümayiş etdirir. Xarici dil bilmək onlar üçün daha üstünlük sayılmır.

Bir vaxtlar Azərbaycan gənci xaricdə özünü ifadə etməkdə çətinlik çəkirdi. İndi isə dünyanın müxtəlif ölkələrindən gələn gənclərlə eyni platformada rəqabət aparır. Təbii ki, xaricdə də eyni şəkildir. Bizim gənc hər yerdə üstün görünür. İntellektual modernizasiya, insan kapitalının inkişafı budur. Böyük dövlət siyasəti belə olur.

Nə xoş Azərbaycana...
WUF13-də könüllülərdən sonra ən çox gözə dəyən jurnalistlərdir. Onlara baxırsan, qürur duyursan. Buradakı jurnalistlərin görünüşü belədir, bir əlində mikrofon, bir əlində telefon, bir gözü montajda, bir gözü xəbərdə, bir qulağı redaksiyadadır. Multimedia jurnalistikasını, rəqəmsal media çevikliyini hiss edirsən. Jurnalistlərimiz beynəlxalq media standartındadırlar.
Məsələn, bizim iş yoldaşımız Aytac Şirinova bir gündə 28-30 xəbər hazırlayır. Universiteti təzə bitirmiş bir xanım operativlik, informasiya menecmenti, stresə davamlılıq nümayiş etdirir. Azərbaycanda Aytac kimi yüzlərlə jurnalist var. Onlar arı kimi işləyirlər. Özlərinin xəbəri olmadan Azərbaycanı informasiya müharibəsində təmsil edirlər, qlobal informasiya axınının içində rəqabət aparırlar.
Belə tədbirlərdə yüzlərlə xarici jurnalist iştirak edir. İndi bizim jurnalist beynəlxalq jurnalistikanı auditoriyada kitabdan öyrənmir. Onları mühit, təcrübə, təmas öyrədir. Burada xarici dil bilmək həyati əhəmiyyət daşıyır.
Görünən odur ki, indi Azərbaycan jurnalisti beynəlxalq informasiya dövriyyəsinin bir hissəsinə çevrilib. Mənəzərə adamı həqiqətən heyran edir.
WUF13-də məmurları, dövlət qurumlarının rəhbərlərini görürsən. Onlar xarici mediaya da çox rahat və yüksək səviyyədə müsahibələr verirlər.
Bir vaxtlar bizdə xarici jurnalistlə danışmaqdan çəkinən məmur modeli vardı. İndi əksinə, beynəlxalq media ilə peşəkar işləyən məmur korpusu formalaşır. Onlar milli kimliyi, dövlət maraqlarını qoruyaraq qlobal auditoriyaya uyğun təqdimat edə bilirlər. Siyasi kommunikasiya məktəbi formalaşıb.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycana gələn əcnəbi jurnalistlərlə demək olar ki, mütəmadi təmasda olurduq. Uzun illər İngiltərədə çalışan dostumuz Aynur Tattersal yaxınlaşıb dedi ki, “Səni təbrik edirəm, ölkənizi təbrik edirəm, çox güclü məmur ordunuz formalaşır”. Dəqiq yadımdadır ki, həmin gün onlar Hikmət Hacıyev, Ceyhun Bayramov, Fuad Muradov və Fərid Şəfiyevlə görüşmüşdlər. WUF13 Aynurun dediklərini bir daha təsdiqləyir.
WUF13-də Azərbaycan pavilyonu ayrıca diqqət çəkir. Bu məkanda ölkəmizi tanıdan insanlar peşəkarlıq nümayiş etdirirlər. Onlar informasiya ilə yanaşı milli kimliyi təqdim edirlər. Xarici dillərdə və beynəlxalq auditoriyanın anlayacağı formada.Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını, enerji strategiyasını, turizm potensialını, multikultural modelini çatdırırlar.
Bu çox vacib məsələdir. Bilirik ki, təqdimat konseptual olmalıdır. Əcnəbi səni necə başa düşəcəksə, sən o qədərsən, o boydasan. Azərbaycanın yeni nəsli bunu anlayır və dünya ilə kommunikasiya dili tapır.
WUF13-də sürücülərlə də qarşılaşırsan. Adam xoşbəxt olur. Xarici qonaq sual verir, sürücü həm yolu, həm tədbiri izah edir, həm də xarici dildə Azərbaycan haqqında danışır. Çox böyük dəyişiklikdir. Cəmiyyətdə sürücülərlə bağlı stereotipləri hamımız bilirik. Belə tədbirlər o stereotipləri darmadağın edir.
WUF13-də görünməyən qəhrəmanlar da var. Tibbi personalı deyirəm, onlar hər an hazır vəziyyətdə dayanırlar. Xarici vətəndaşa xidmət göstərirlər, dünya standartlarına uyğun tibbi xidmət təqdim edirlər. Bu, Azərbaycanın səhiyyə potensialını göstərir.
Bir vaxtlar öz həkimlərimiz haqqında neqativ fikirlər formalaşdırılırdı. Amma belə beynəlxalq tədbirlərdə həmin stereotiplər buz kimi əriyir. Burada peşəkarlıq, dövlət investisiyası özünü göstərir.
WUF13-də təhlükəsizliyin əsas təminatçısı Azərbaycan polisidir. Asayiş yüksək səviyyədə qorunur. Polis həm təhlükəsizlik təmin edir, həm istiqamət göstərir, həm bələdçilik edir, həm də operativ koordinasiya həyata keçirir. Bu artıq yeni təhlükəsizlik modeli, müasir polis konsepsiyasıdır. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar Azərbaycan polisini görəndə özlərini təhlükəsiz hiss edirlərsə, bu məqam dövlət üçün çox böyük reputasiya faktorudur.
Bəli, gördüyümüz kimi WUF13-də könüllü də, jurnalist də, məmur da, sürücü də, həkim də, polis də müasir Azərbaycan insanıdır. Əzəmətlidirləır. Onlar Amerikadan gəlməyiblər. Avropadan gətirilməyiblər. Onlar bizim insanlardır, birimizin valideyini, o birimizin bacısıdır. Birimizin qohumu, o birimizin qonşusudur. Bu adamlar bizim içimizdən çıxıb.
Onlar Çağdaş Azərbaycan insanıdır. Çağdaş Azərbaycan insanı dəyişən dünyanın ritmini tutur, qlobal sistemə inteqrasiya olur. Çağdaş Azərbaycan insanı milli kimliyini qoruyaraq modern dünyada yer tutur.

Nə xoş Azərbaycana...

Bütün bunlardan sonra, beynəlxalq tədbirlər bizə nə verdi, sualına cavab tapırsan. Təcrübə verdi, dünyagörüş verdi, özünəinam verdi. Dövlətçilik təfəkkürü, kommunikasiya mədəniyyəti, rəqabət qabiliyyəti, qlobal düşüncə verdi.
Demək ki, Azərbaycan bu kimi tədbirlərlə insan yetişdirən ölkəyə çevrilir. Güclü Azərbaycan dövləti üçün güclü intellekt, güclü milli kadrlar lazımdır. Belə tədbirlərdən bunları qazana bilirik.
Əlbəttə ki, bütün bu reallığın arxasında siyasi liderlik, strateji baxış dayanır. Bu reallığın arxasında Çağdaş Azərbaycanın lideri İlham Əliyevin qurduğu Çağdaş Azərbaycan modeli dayanır. Tarix yazan lider anlayışı məhz burada görünür.

Əminsən ki, belə insanların sayı artır və sabah daha çox olacaq. Bir neçə ildən sonra bu keyfiyyət bütün ölkəyə yayılacaq. Azərbaycan insanı dünyanın istənilən ölkəsində rəqabət aparacaq səviyyəyə çatır.Və bu, mübaliğə deyil.
İndi hər kəs razılaşırmı ki, beynəlxalq tədbirləri stadiona, səhnəyə, yarışa bənzətmək yanlışdır. Beynəlxalq tədbirlər insan yetişdirmə akademiyasıdır. Azərbaycan bu akademiyanı uğurla keçir.
Qazanan Azərbaycan xalqı, Azərbaycan dövlətidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri