Icma.az
close
up
RU
Azərbaycanla BƏƏ konteyner gəmilərinin inşasını 2028 ci ildə tamamlayacaq

Azərbaycanla BƏƏ konteyner gəmilərinin inşasını 2028 ci ildə tamamlayacaq

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

16 sentyabrdaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Bu barədə "APA-Economics"ə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqindən (AZCON) bildirilib.

Məlumata görə, mərasimdə, həmçinin “Bakı Gəmiqayırma Zavodu” MMC adından çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. Tamamlanması 2028-ci ildə gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.

Yeni inşa olunacaq gəmilər Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə, gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.

Dünyanın aparıcı liman, logistika və gəmiçilik şirkətlərindən biri kimi tanınan “AD Ports Group” bu tərəfdaşlığa öz qlobal biliyini, qabaqcıl texnologiyaları və mürəkkəb ticarət dəhlizlərinin idarə olunmasında qazandığı təcrübəsini gətirir. “AD Ports Group” şirkətinin Xəzər regionundakı əməliyyatlara qoşulması Orta Dəhlizə olan etimadın bariz nümunəsidir. Bu tarixi müqavilə beynəlxalq şirkət tərəfindən Bakı Gəmiqayırma Zavoduna yük gəmilərinin inşası üçün edilən ilk sifarişi təcəssüm edir.

Birbaşa əhəmiyyətindən əlavə, “AD Ports Group” ilə daha geniş əməkdaşlığın təməlini qoyan bu müqavilə dəniz nəqliyyatı və logistika sahəsində gələcək birgə layihələr və iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yol açmış olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri