Icma.az
close
up
RU
Azərbaycanla BƏT arasında “2025 2029 cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb Fotolar

Azərbaycanla BƏT arasında “2025 2029 cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması tədbiri olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev və başqaları iştirak ediblər.

Anar Əliyev yeni Ölkə Proqramının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəldiyini bildirib. O, layiqli əmək konsepsiyasının işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslandığını qeyd edib.

Ölkə vətəndaşlarının bu prinsiplərə tam cavab verən hüquqlarının Azərbaycan Republikası Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunduğu bildirilib.  

Ötən dövrdə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra olunduğu, ölkəmizdə Təşkilatın layiqli əməyin təminatına dair prinsiplərinə uyğun məqsədyönlü işlərin aparıldığı vurğulanıb.

Sahib Məmmədov və Məmməd Musayev çıxış edərək, Azərbaycanda layiqli əməyin təmin edilməsi məqsədilə sosial tərəfdaşlar arasında həyata keçirilən birgə və səmərəli fəaliyyəti qeyd ediblər. Onlar BƏT və Azərbaycanda üçtərəflilik prinsipi əsasında fəaliyyət göstərən sosial tərəfdaşlar tərəfindən hazırlanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini vurğulayıblar.

Mixail Puşkin yeni Ölkə Proqramının ölkəmizin BƏT-lə səmərəli əməkdaşlığının uğurlu davamı olduğunu bildirib.  

Daha sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin tərəfindən Ölkə Proqramı imzalanıb. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın uğurlu davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artıracaq.

Tədbirdən sonra Anar Əliyev və Mixail Puşkin arasında keçirilən görüşdə Azərbaycanla BƏT arasında fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmiz tərəfindən hazırda  Təşkilatın “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivəsi haqqında” Konvensiyasının da ratifikasiya prosesinin  yekunlaşmaqda olduğu qeyd edilib.

Yeni imzalanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” üzrə  görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see309

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see226

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see136

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see135

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see130

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see122

Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23 Noyabr 2025 18:52see120

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see119

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri