Icma.az
close
up
RU
Azərbaycanla BMT arasında imzalanacaq sənəddən gözləntilər ŞƏRH

Azərbaycanla BMT arasında imzalanacaq sənəddən gözləntilər ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva II Bakı İqlim Fəaliyyəti Həftəsinin açılışında deyib ki, COP29-un hazırlanması və keçirilməsi sadəcə tədbir yox, Azərbaycanın davamlı öhdəliyinə çevrilib. O, əsas məqsədin bu təşəbbüsləri yeni əməkdaşlıq çərçivəsinə çevirmək olduğunu bildirib. Andreyeva qeyd edib ki, 24 oktyabr – BMT Günündə Azərbaycanla BMT arasında 2026–2030-cu illəri əhatə edən proqram imzalanması gözlənilir. Sənəd iqlim fəaliyyəti, iqlim ədaləti, yaşıl iqtisadiyyat və gənclərin iştirakını əsas istiqamətlər kimi müəyyən edəcək.

COP29-un ardınca həyata keçiriləcək layihələr ölkəmizdə xarici investisiyaların, xüsusilə də yaşıl texnologiyalar sahəsində investisiyaların cəlb olunmasına təsir göstərəcəkmi və 2026–2030-cu illəri əhatə edəcək yeni əməkdaşlıq proqramında nəzərdə tutulan iqlim fəaliyyəti istiqamətləri Azərbaycanın milli iqtisadi strategiyasına necə inteqrasiya oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, ətraf mühitin qorunması və karbon emissiyasının azaldılması, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən prioritetlərdən biridir.

"Ölkə, 2030-cu ilədək bu sahədə konkret hədəflərə nail olmağı planlaşdırır və bununla yanaşı, növbəti beş il ərzində ümumi enerji istehlakında yaşıl enerjinin payını 35%-ə çatdırmağı, həmçinin karbon emissiyasını 40% azaldılmasını hədəfləyir. Bu, Azərbaycanın enerji siyasətində yaşıl enerjinin daha böyük rol oynayacağını və ətraf mühitin qorunmasına verdiyi önəmi bir daha vurğulayır. Bundan əlavə, Azərbaycan, regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə ən çox investisiya qoyuluşu həyata keçirən ölkələrdən biri kimi önə çıxır. Son illərdə bu istiqamətdə 1 milyard dollardan çox xarici investisiya cəlb edilməsi, ölkənin yaşıl enerji sahəsindəki ciddi irəliləyişini göstərir. Bu yatırımların məqsədi, yalnız enerji istehsalının yox, həm də innovativ məhsulların istehsalının artırılmasıdır".

Deputat əlavə etdi ki, Azərbaycanın daxili istehsalının strukturu dəyişir, eyni zamanda yaşıl enerji məhsullarının ixracı üçün yeni bazarlara çıxma potensialı artır.

"Gözlənilir ki, 2027-ci ildən etibarən Azərbaycan yaşıl enerjini Avropa bazarlarına təqdim etməyə başlayacaq. Bu, yalnız Azərbaycanın ixrac strukturunun keyfiyyətcə dəyişəcəyini deyil, həm də ölkənin iqtisadiyyatında yeni və dayanıqlı sahələrin yaranmasını göstərir. Beləliklə, ənənəvi məhsullardan innovativ məhsullara doğru bir keçid baş verir. Bu addımların hamısı Azərbaycanın 2030-cu ilədək olan milli strategiyasının bir tərkib hissəsidir və ölkənin yaşıl enerji sektorundakı fəallığının artacağını göstərir. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar, həm də beynəlxalq aləmdə ekologiya və dayanıqlı inkişaf sahəsində göstərdiyi töhfələri artıracaq. Gələcəkdə ölkənin bu sahədəki rolu və mövqeyi daha da güclənəcək və Azərbaycan, qlobal yaşıl enerji bazarlarında söz sahibi olmağa başlayacaq", - deyə Vüqar Bayramov yekunlaşdırdı.

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli isə bildirdi ki, Azərbaycanın enerji sahəsindəki ixtisaslaşması və yaşıl enerji keçidi, ölkənin iqtisadi inkişafında mühüm rol oynayır:

"24 oktyabrda imzalanacaq sənəd və əməkdaşlıq müqaviləsi, bu istiqamətdə Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək. Azərbaycanın ənənəvi olaraq enerji sahəsindəki təcrübəsi və yeni dövrün tələblərinə uyğun olaraq yaşıl enerjiyə keçid etməsi, həm ölkənin daxili inkişafına, həm də dünya iqtisadiyyatına inteqrasiyasına mühüm töhfələr verəcək".

İqtisadçının sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, həmçinin Avropa bazarına yaxınlığı, yaşıl enerjiyə keçidi daha asanlaşdıran amillərdən biridir:

"Qara dəniz vasitəsilə yaşıl enerji ixracı, həm də itkiləri azaldır və Azərbaycanın digər ölkələrə qarşı üstünlüyünü artırır. Bu, ölkəyə əlavə investisiyaların cəlb edilməsinə və yaşıl enerji sahəsində ixtisaslaşmağa imkan yaradır. Bundan əlavə, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın başlanması, regionda bu sahənin inkişafına ciddi təkan verəcək. Bu əməkdaşlıq həmçinin Azərbaycana beynəlxalq əmək mübadiləsində daha fəal iştirak etmək və yeni bazarlara çıxmaq imkanı verəcək. Artıq Azərbaycan, Macarıstan və Rumıniya ilə yaşıl enerjinin Qara dəniz vasitəsilə ixracına dair saziş imzalayıb ki, bu da yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması üçün mühüm addım olacaq. Bu əməkdaşlıqlar və imzalanan sənədlər, Azərbaycanın yaşıl maliyyə sisteminin formalaşdırılmasına və dünya texnologiyalarına inteqrasiyasına şərait yaradır. Azərbaycan iqtisadiyyatı, bu sahələrdə beynəlxalq əməkdaşlığa qatılmaqla, həm də yeni texnologiyalar və investisiyalar cəlb edəcək".

Müsahibimiz qeyd etdi ki, yaşıl enerji sahəsindəki ixtisaslaşma və bu sahənin inkişafı, Azərbaycanın gələcək iqtisadi strategiyasının mühüm bir tərkib hissəsi olacaq.

"Ümumiyyətlə, Azərbaycanın yaşıl enerji sahəsindəki inkişafı, ölkənin həm daxili bazarını gücləndirəcək, həm də qlobal dəyər zəncirinə inteqrasiya olmasına imkan yaradacaq. Bu sahədəki əməkdaşlıq və strateji planlar, Azərbaycanın enerji sahəsindəki mövqeyini daha da möhkəmləndirəcək və yaşıl enerji sahəsində regionda liderliyə doğru aparacaq", - deyə Emin Qəribli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri