Icma.az
close
up
RU
Azərbaycanla əməkdaşlıq Davos İqtisadi Forumunun ən yaddaqalan hadisələrindən biri oldu RƏY

Azərbaycanla əməkdaşlıq Davos İqtisadi Forumunun ən yaddaqalan hadisələrindən biri oldu RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Mövcud qlobal problemləri müzakirə etmək və çıxış yolları axtarmaq üçün dünya dövlətlərinin beynəlxalq platformlarda toplaşması artıq bir ənənəyə çevrilib. Hər il dövri olaraq İsveçrənin Davos şəhərində keçirilən Davos İqtisadi Forumu bu baxımdan xüsusi qeyd olunmalıdır. Adına nə qədər iqtisadi forum deyilsə də, hər il onlarla dövlət və hökümət başçısının, yüzlərlə siyasi liderin və aktivləri milyardlarla və hətta trilyonlarla ölçülən nəhəng şirkət rəhbərlərinin, digər nüfuzlu şəxslərin toplaşdığı bu ənənəvi platformada mövcud siyasi mövzular da müzakirələrdən kənarda qalmır. Bu baxımdan, Davos İqtisadi Forumunun beynəlxalq münasibətlərdə özünəməxsus yeri var.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu, mötəbər beynəlxalq platformaya münasibəti çox ciddi, özünəməxsus olub və indi də belədir:“2007-ci ildən başlayaraq ənənəvi olaraq Davos İqtisadi Forumunda iştiraka önəm verən dövlətimizin başçısı mümkün qədər bu platformada şəxsən iştirak etməyə çalışır. Ancaq daha çox yaxınlaşmaya və bu forum çərçivəsində Azərbaycana marağın əhəmiyyətli dərəcədə artmasına səbəb ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə yekunlaşan Vətən müharibəsindəki tarixi Zəfərimiz oldu. Təkcə ölkəmizdə deyil, ümumilikdə Cənubi Qafqazda iqtisadiyyata təhlükəsizlik qarantiyasını təmin edən yeni reallıqlarla müşaiyət olunan qələbəmiz Davos İqtisadi Forumunu və onun iştirakçılarını cəlb etməyə bilməzdi. Çünki, uzun illərin münaqişəsini öz gücünə həll etmək güclü dövlətə, orduya, iqtisadiyyata sahib olmadan mümkün deyil. Bu prinsipləri əldə rəhbər tutan Azərbaycan artıq dünyaya təhlükəsiz, sabit və sülhün bərqərar olduğu bir Cənubi Qafqaz təqdim edir”.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda bir neçə gün ərzində iyirmiyə qədər dövlət və hökümət başçıları, nəhəng şirkət rəhbərləri, digər siyasi və başqa sahələrə aid nüfuzlu şəxslərlə keçirdiyi görüşlər özü-özlüyündə bir çox məqamların izahı hesab oluna bilər. “ABŞ Prezidenti Donald Trampın Davosda təkbətək görüşdüyü iki liderdən birinin məhz Azərbaycan Prezidenti İlham Əliyevin olması da bu baxımdam xüsusi qeyd edilməldir. Ərazisinin və əhalisinin kiçikliyi ilə müqayisədə dəfələrlə böyük imkanlara sahib olduğunu artıq isbat edən Azərbaycan ilə anlaşmaq, onun təşəbbüslərinə qoşulmaq və onunla əməkdaşlıq etmək Davos İqtisadi Forumunun ən yaddaqalan hadisələrindən biri oldu”, - deyə politoloq vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri