Icma.az
close
up
RU
Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102 ci hərbi bazasını bağlayacaq?

Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102 ci hərbi bazasını bağlayacaq?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bəzi məlumatlara görə, Ermənistan ilə Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin mətnində Ermənistanın ərazisində hər hansı digər dövlətin hərbi bazasının yerləşdirilə bilməyəcəyi ilə bağlı ifadələr yer alıb. Bu isə o deməkdir ki, ölkələrarası saziş imzalandıqdan sonra Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ölkə ərazisindən çıxarılmalıdır".

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır.

Məqalədə qeyd olunur ki, 1995-ci ildə Ermənistan və Rusiya arasında imzalanan dövlətlərarası sazişə əsasən Gümrüdə yaradılan hərbi bazanın çıxarılmasının necə reallaşdırılacağı hələ də qeyri-müəyyəndir. Həmin saziş ilkin olaraq 25 il müddətinə imzalanmışdı. 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı sazişin müddəti əlavə 49 il uzadılaraq 2044-cü ilə qədər qüvvədə saxlanılıb.

Bununla belə, əldə olunan məlumatlara əsasən, saziş layihəsində belə bir müddəanın yer alması Rusiya hakimiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Məhz bu səbəbdən Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 mayda Moskvada soyuq münasibətlə qarşılandığı və Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutmadığı bildirilir. İkigünlük Moskva səfəri zamanı Paşinyan nə Putinlə, nə də tədbirdə iştirak edən digər ölkə liderləri ilə ikitərəfli görüş keçirə bilib.

Qəzet yazır ki, səfərdən əvvəl tənqidlərə cavab verən Paşinyan bu səfərin əsas məqsədlərindən birinin məhz Rusiya prezidenti ilə görüş olduğunu bildirmişdi. Qeyd edək ki, həmin gün Vladimir Putin Moskvaya gələn əksər dövlət başçıları ilə ayrıca görüşlər keçirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri