Icma.az
close
up
RU
Azərbaycanla Pakistan hər zaman bir birinə qarşılıqlı dəstək verib

Azərbaycanla Pakistan hər zaman bir birinə qarşılıqlı dəstək verib

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ölkəmizə dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması, keçirilən vacib görüşlər, imzalanan mühüm sənədlər səfərin əhəmiyyətini göstərir. Sözsüz ki, Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın bariz nümunəsi olaraq bir çox dövlətlər üçün örnək olacaq səviyyədədir. Bu iki ölkə hər zaman bir-birinə qarşılıqlı dəstək verib. 
Ülvi Salmanov qeyd edib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda dövlət səfəri münasibətlərin inkişafına öz təhfəsini vermiş olacaq: “Azərbaycanla Pakistan arasında hər zaman münasibətlər sarsılmaz bağlara əsaslanıb. İki dost və qardaş ölkə hər zaman bir-birinin haqq işinə öz dəstəyini verib. Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir. Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Azərbaycan Respublikasının müstəqilliyini 12 dekabr 1991-ci ildə yəni, ilk tanıyan dövlətlərdən biri də Pakistan İslam Respublikası olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis olunub”.
Ü.Salmanov bildirib ki, Pakistan ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman birmənalı dəstək verib: “Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimləri bu təcavüzü qətiyyətlə pisləyən bəyanatlar verib. Bununla yanaşı Pakistan Azərbaycanla hər bir məsələdə həmrəy olduğunu ifadə edən dövlətlərdən biridir. Pakistan Senatının 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul etməsi isə iki qardaş xalq arasında olan münasibətin bariz nümunəsi hesab edilir”.
YAP Abşeron rayon təşkilatının sədr müavini vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı dövrlərdə olduğu kimi 2020-ci ilin 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin yanında olduğunu bəyan etdi: “Vətən müharibəsində qardaş Türkiyə ilə bərabər Pakistan da Azərbaycanla həmrəylik nümayiş etdirdi. Əldə edilən tarixi Zəfərdə hər üç qardaş dövlətin bayraqlarının yan-yana dalğalanması bunu bariz nümunəsidir. Sözsüz ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyinə hər zaman öz dəstəyini ifadə edib. Azərbaycan dövləti bu məsələnin beynəlxalq hüquqa əsaslanaraq həllinin tərəfdarı olduğunu bildirib. Sözsüz ki, iki ölkə arasında əməkdaşlıq üçün perspektivlər böyükdür. Müdafiə, təhlükəsizlik, enerji, infrastruktur, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil  və digər sahələrdə Azərbaycanla Pakistan arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi hər iki dövlətin qarşıya qoyduğu məqsədlər sırasındadır”.
Ülvi Salmanov 
YAP Abşeron rayon təşkilatının sədr müavini
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri