“Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı məsləhətləşmələr aparılır”
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
“Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı diplomatik kanallar vasitəsilə məsləhətləşmələr aparır”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsi zamanı deyib.
"Hazırda biz diplomatik kanallar vasitəsilə Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı məsləhətləşmələr aparırıq. Biz sülh sazişinin imzalanması üzərində işi davam etdiririk, çünki onun mətni yekunlaşıb və imzalanması qalır", - deyə siyasətçi vurğulayıb.
Qriqoryan qeyd edib ki, Azərbaycan sülh sazişinin imzalanması üçün ilkin şərtlər irəli sürüb ki, bunlardan biri Minsk qrupunun buraxılması, digəri isə Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlıdır.
“Ermənistan Azərbaycanla sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat imzalamağa hazırdır”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















