Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif OLUNDU
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı professor, Əməkdar elm xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordeni laureatı Vaqif Şadlinski Rusiya Elmlər Akademiyasının prezidenti akademik Gennadi Krasnikov tərəfindən Fəxri fərmanla təltif olunub.
Redaktor.az xəbər verir ki, o, Rusiyanın elmi təşkilatları ilə səmərəli əməkdaşlığına, tibb elminin inkişafına verdiyi əhəmiyyətli töhfələrə və 85 illik yubileyinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Vaqif Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də anadan olub. O, 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, “İnsan anatomiyası üzrə Atlas”ın, Azərbaycan, rus, ingilis və latın dillərində “Anatomik terminologiya”nın müəllifidir.
Vaqif Şadlinski 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının, 2009-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, 2014-cü ildə isə Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib (www.science.gov.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 25 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















