Icma.az
close
up
RU
Azərbaycanlı arxeoloqun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Türkiyədə tədqiqat aparıb

Azərbaycanlı arxeoloqun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Türkiyədə tədqiqat aparıb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralıq rayonlarında aparılan Azərbaycan-Türkiyə beynəlxalq arxeoloji ekspedisiyası uğurla yekunlaşıb. Beşillik layihə çərçivəsində həyata keçirilən tədqiqatların ikinci ili məhsuldar nəticələrlə yadda qalıb. Araşdırmalar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyə və Almaniyanın müxtəlif universitetlərindən olan mütəxəssislərin birgə əməkdaşlığı çərçivəsində aparılıb.

525.az-a bu barədə institutdan məlumat verilib. Qeyd olunub ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi, AMEA prezidenti akademik İsa Həbibbəylinin, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin dəstəyi ilə həyata keçirilir.

Ekspedisiyaya AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov rəhbərlik edib. Tədqiqatlar Türkiyənin Mədəni İrs və Muzeylər Baş İdarəsinin 2025-ci il 19 iyun tarixli icazəsi əsasında həyata keçirilib. Bu, Azərbaycan arxeoloqlarının xarici ölkə ərazisində təşkil etdiyi ilk beynəlxalq arxeoloji ekspedisiya olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında yeni bir ortaq elmi istiqamətin əsasını qoyur.

Layihənin əsas məqsədi bölgənin arxeoloji irsini sistemli şəkildə öyrənmək və İğdır ilə Azərbaycan əraziləri arasındakı ortaq mədəni prosesləri sənədləşdirməkdir. Araz çayının hər iki sahilini əhatə edən Azərbaycan-Naxçıvan Arazboyu düzənliyi ilə İğdır ovalarının arxeoloji baxımdan vahid mədəniyyət bölgəsi təşkil etməsi ekspedisiyanın elmi istiqamətini müəyyənləşdirib.

Qazıntıların nəticələri hər iki bölgədə mədəni davamlılığın mövcudluğunu təsdiqləyib. Araşdırmalar zamanı Son Xalkolit dövründən başlayaraq Erkən Tunc (Kür-Araz mədəniyyəti), Orta Tunc, Son Tunc-Erkən Dəmir və Orta Dəmir (Urartu) dövrlərinə aid yaşayış yerləri öyrənilib. Əldə edilən materiallar ərazidə uzunmüddətli məskunlaşmanın mövcud olduğunu göstərir.

İğdır ərazisində aşkar edilən tapıntılar Azərbaycanın eyni dövrlərə aid abidələrindən əldə olunan materiallarla oxşarlıq təşkil edir ki, bu da bölgənin qədim dövrlərdən ortaq mədəniyyət məkanı kimi formalaşdığını sübut edir. İğdır düzənliyi Yaxın Şərqin strateji qovşağında - Azərbaycan (Naxçıvan), Ermənistan və İran sərhədlərinin kəsişməsində yerləşərək zəngin arxeoloji irsə malikdir. Ağrı dağının şimal ətəklərində və Orta Araz vadisinin cənub hissəsində aparılan araşdırmalar bölgənin minilliklərə uzanan mədəni inkişaf prosesini əks etdirir.

Sahə tədqiqatları zamanı arxeoloqlar yaşayış yerlərinin topoqrafiyasını və memarlıq qalıqlarını sənədləşdirib, keramika məmulatı, obsidian və daş alətlər kimi tapıntıların foto və çertyojlarını hazırlayaraq yerində qeydiyyata alıblar. Tapıntıların rəqəmsallaşdırılması, xəritələşdirilməsi, kataloqların və gündəlik hesabatların hazırlanması isə laborator şəraitdə davam etdirilib. Bundan əlavə, tədqiqat ərazilərinin dron vasitəsilə foto və video çəkilişləri aparılaraq arxivləşdirilib. Tədqiqatçıların fikrincə, bu işlər Azərbaycan və Türkiyə arxeoloqları arasında elmi əməkdaşlığın mühüm mərhələsi olmaqla yanaşı, bölgənin ortaq tarixi-mədəni irsinin araşdırılmasına və qorunmasına töhfə verəcək.

Tədqiqatların növbəti ildə də davam etdirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see261

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see199

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see150

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see143

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see132

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see132

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see128

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see127

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see126

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see125

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see123

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see120

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see117

AAAF park yaşayış kompleksində yanğın olub

05 Oktyabr 2025 18:32see116

MDB Oyunlarının qalibi: Rəqiblərin hamısını analiz etmişdik MÜSAHİBƏ

05 Oktyabr 2025 22:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri