Icma.az
close
up
RU
Azərbaycanlı gimnast Dubayda saxlanıldı Şeyx şikayət edibmiş

Azərbaycanlı gimnast Dubayda saxlanıldı Şeyx şikayət edibmiş

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dubayın hakim ailəsinin üzvü olan Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, Azərbaycanın keçmiş idman gimnast Zeynəb Cavadlı arasında qarşıdurma davam edir.

Modern.az xəbər verir ki, Dubay Prokurorluğu şeyxin şikayəti əsasında Zeynəb Cavadlının saxlanıldığını bildirib.

Şeyx iddia edib ki, keçmiş xanımı məhkəmə tərəfindən təyin olunmuş rəsmi görüş zamanı 3 uşağını qaçırıb. Yaxınlarının sözlərinə görə, iyunun 2-də gecə saatlarından etibarən Zeynəb Cavadlı ilə əlaqə kəsilib və onun harada olması barədə iki günə yaxın heç bir məlumat alınmayıb. O, təhlükəsizlik əməkdaşlarının uşaqlarını əlindən alacağından və həbs olunacağından qorxduğu üçün aylarla evdən çıxmayıb.

Qeyd edək ki, cütlük arasında övladların himayəsi uğrunda uzun müddətdir mübarizə gedir və tərəflər bir-birini qarşılıqlı olaraq uşaq qaçırmaqda ittiham edirlər. Şeyx Səid bin Məktumun vəkilləri məhkəmədə Z.Cavadlının qızlarını məktəbə göndərmədiyini, oteldə uşaqlar üçün uyğun olmayan şəraitdə yaşadığını və kiçik qızının sağlamlığını təhlükəyə atdığını iddia edərək onun qeyri-kafi bir ana olduğunu irəli sürüblər. Bununla yanaşı, Zeynəb Cavadlı ötən il qarşıdurma anlarından birini sosial şəbəkədə canlı yayım etdiyi üçün kiber-cinayətkarlıq ittihamı ilə də həbs oluna bilər. O, həmin vaxt vəkili Devid Heyqə göndərdiyi videoismarışda hərəkətini belə əsaslandırmışdı: "Bilirdim ki, bu, uşaqlarımla olmaq üçün son şansımdır, çünki bir daha onları mənə göstərməyəcəkdilər. Buna ürəkdən inandığım üçün canlı yayım açıb kömək istədim".

Dubay Prokurorluğu məsələ ilə bağlı araşdırmanın davam etdiyini və uşaqların maraqları qorunmaqla lazımi hüquqi tədbirlərin görüləcəyini bəyan edib. Hüquq müdafiəçisi Devid Heyq isə öz növbəsində BƏƏ rəhbərliyini Zeynəb Cavadlının dərhal vəkilləri, konsulluq və ailəsi ilə görüşünə şərait yaratmağa və onun azadlığa buraxılmasına çağırıb.

Töhfə Səməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri