Icma.az
close
up
RU
Azərbaycanlı politoloq Ermənistanın anti xristian ideologiyasını ifşa edir FOTOlar

Azərbaycanlı politoloq Ermənistanın anti xristian ideologiyasını ifşa edir FOTOlar

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Azərbaycanın tarixi torpaqlarında dini və mədəni abidələri sistematik şəkildə məhv edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanlı politoloq Fuad Axundov 10 aprel tarixində Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən "Azərbaycanda xristianlıq: tarix və indiki zaman" mövzusuna həsr olunmuş Qafqaz Albaniyasının irsinə dair 12-ci Beynəlxalq Elmi Konfrans çərçivəsində çıxışı zamanı bildirib.

"Azərbaycanın xristian irsinin bir hissəsini təşkil edən alban kilsələri məqsədyönlü şəkildə məhv edilən abidələr sırasında olub. Qarabağda yerləşən Qafqaz Albaniyasına məxsus abidələr dağıdılıb, salamat qalanlarına isə saxtalaşdırma yolu ilə müdaxilə edilərək, onların görkəmi dəyişdirilməyə, guya erməni mənşəli kimi təqdim olunmağa çalışılıb. Bu cür əməllər təkcə Azərbaycanın tarixi və mədəni irsinə qarşı vandalizm deyil, eyni zamanda, regionun həqiqi tarixini təhrif etməyə yönəlmiş anti-xristian siyasətin təzahürüdür", - deyə Axundov vurğulayıb.

Axundov öz məruzəsində, həmçinin, bəzi beynəlxalq dairələrdə yayılmış Ermənistanla Azərbaycan arasındakı münaqişənin guya dini xarakter daşıması barədə iddiaları da təkzib edib.

Onun sözlərinə görə, bu cür yanaşma tarixi faktlardan və müasir erməni dövlətçiliyinin ideoloji əsaslarından diqqəti yayındırmaqla reallığı təhrif edir. Əslində isə, Axundovun təqdimatında qeyd edildiyi kimi, Ermənistan xristian dəyərlərinə zidd olan və əksinə, anti-xristian mahiyyət daşıyan xüsusiyyətləri getdikcə daha çox nümayiş etdirir.

Axundov çıxışında, həmçinin, Ermənistanda qəhrəmanlaşdırılan Qaregin Njdenin şəxsiyyətinə də diqqət çəkib.

Politoloqun sözlərinə görə, yaxşı sənədləşdirilmiş şəkildə nasist Almaniyası ilə əməkdaşlıq etdiyi bilinən Njdenin abidəsi İrəvanın mərkəzində ucaldılıb.

"Həvari Pavel yazırdı: "Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsini". Njdenin təbliğ etdiyi "Tsexakron" adlı millətçi ideologiya bu xristian çağırışı ilə tamamilə ziddiyyət təşkil edir. Belə bir şəxsin milli qəhrəman kimi təqdim olunması Ermənistanın xristian kimliyi barədə iddialarını ciddi şəkildə şübhə altına alır", - deyə Axundov vurğulayıb.

O, eyni zamanda, birinci Ermənistan prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə "Erkrapa" qanunsuz silahlı birləşməsinin iştirakçıları ilə keçirdiyi görüş zamanı dediklərini xatırladıb. Həmin vaxt Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını "erməni xalqının çox köhnə arzusu" olduğunu bildirmiş və döyüşçüləri Ağdamın işğalı münasibətilə təbrik etmişdi.

Ekspert, həmçinin, Rusiya diplomatı Aleksandr Qriboyedovun 1828-ci ilə aid arxiv sənədlərindən, xüsusilə də ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi ilə bağlı yazdığı memoranduma istinad edib. Həmin sənəddə Qriboyedov yazırdı: "Köçürülənlər müsəlmanları sıxışdırırlar, onlar isə narazılıq edir və hiddətlənirlər".

Fuad Axundovun sözlərinə görə, ermənilərin regiona aqressiv şəkildə köçürülməsinin nəticələri hələ iki əsr əvvəl sənədləşdirilmişdi.

Axundovun məruzəsində azərbaycanlılara qarşı hazırkı Ermənistan ərazisində həyata keçirilmiş təcavüzün demoqrafik nəticələrinə də xüsusi diqqət yetirilib. "Erməni tədqiqatçısı K.Korkodyanın məlumatına və rəsmi statistikalara əsasən, 1916-cı ildə İrəvan quberniyasında 373 582 azərbaycanlı yaşayırdı. Lakin 1920-ci ilin sonuna yaxın bu say cəmi 10 000 nəfərə qədər enmişdi".

1918-1920-ci illər ərzində 130 minə yaxın azərbaycanlı öldürülüb, daha 240 000 öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu rəqəmləri eyni zamanda erməni tarixçi A. Lalayanın həmin dövr ərzində Azərbaycanlı əhalinin 80-90% azalmağının qeydə alındığı tədqiqatları da təsdiqləyir.", -deyə təqdimatda qeyd olunur.

Axundov, eyni zamanda, inanılmaz geosiyasi paradoksa diqqət çəkib.

"Ermənistan fəxarətlə özünü monoetnik dövlət adlandırır, halbuki onun ətrafında olan ölkələrin hamısı çoxmillətli ölkələrdir və orada müxtəlif etiqad və mədəniyyətlərdən olan insanlar tarixən sülh və barışıq şəraitində yaşayıblar", - deyə politoloq vurğulayıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri