Icma.az
close
up
RU
Ermənistanın azərbaycanlı xalq və əməkdar artistləri ADLI SİYAHI

Ermənistanın azərbaycanlı xalq və əməkdar artistləri ADLI SİYAHI

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqının incəsənət sahəsindəki uğuru hər kəs tərəfindən qəbul olunur. Hansı ölkədə yaşamaqlarından asılı olmayaq, soydaşlarımız öz istedadları ilə tarixən gərgin münasibətlərdə olduqları ermənilərin də rəğbətini qazanıblar.

Lent.az saytı sovet dövründə Ermənistanın fəxri adlarını – xalq və əməkdar artist adını qazanan azərbaycanlıların siyahısını təqdim edir.

Xalq artistləri

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.

Zeynəb Xanlarova 1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb.
1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb.

Sürəyya Sədrəddin qızı Qacar 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.

Əməkdar artistlər

Yunis Hacı Süleyman oğlu Süleymanov 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.

Əli Fətullah oğlu Şahbazlı 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri