Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak ediblər FOTOLAR

Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak ediblər FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun 20 tələbəsi Çində keçirilən “Çin dili körpüsü-2025” yay təhsil-mədəniyyət düşərgəsində iştirak ediblər.

Düşərgə Çin Təhsil Nazirliyinin Beynəlxalq Dil Mübadilələri və Əməkdaşlıq Mərkəzi, Huçjou Universiteti və ADU-nun Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

ADU-dan bildirilib ki, Huçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dili üzrə biliklərini dərinləşdirib, Çinin tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olublar. Çin dili dərsləri zamanı iştirakçılar dilin leksika və qrammatikasını öyrənib, Çin mədəniyyəti haqqında praktiki şifahi dialoq və monoloqlarda iştirak ediblər.

Düşərgə proqramı çərçivəsində tələbələr Çin rəssamlığı, çay mərasimi, keramika sənəti və bambuk toxuması üzrə ustad dərslərində iştirak edib, ənənəvi Çin baozi, duzlu xəmirdən heykəltaraşlıq, döyüş sənəti və xəttatlıqla bağlı bacarıqlarını sınayıblar. Eyni zamanda, Çin düyünləri, ipək rəngkarlığı üzrə biliklərə yiyələniblər. Onlar üçün müasir Çin filmlərinin nümayişi və ənənəvi kölgə teatrı tamaşaları təşkil olunub.

İştirakçılar Çinin “ipək paytaxtı” kimi tanınan, Tayxu gölü və bambuk meşələri ilə məşhur Xuçjounun tarixi-mədəni abidələrinə ekskursiya ediblər. Onlar qədim Nanxun və Anji kəndlərini, 2000 illik xəttatlıq fırçaları istehsalı ilə tanınan Şanqlyan şəhərini, Longjing çay kəndini, Huçjou şəhərinin ekoloji müəssisələrini, eləcə də Pekindəki Yasaq şəhər, Beyhay parkı, Tyananmen meydanı, Böyük Çin Divarı və Şanxaydakı Vaitan bəndi, “Şərqin mirvarisi” televiziya qülləsini ziyarət ediblər.

ADU tələbələri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirərək, Böyük İpək Yolu üzərində yerləşən müasir, tolerant və sürətlə inkişaf edən ölkə kimi Azərbaycan haqqında çinli gənclərə məlumat veriblər. Tədbirdə ənənəvi Azərbaycan rəqsləri və mahnıları da ifa olunub.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxışında Azərbaycan və Çin arasında humanitar əməkdaşlığın son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, bu əməkdaşlıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində humanitar mübadilə, siyasi ünsiyyət və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri