Türkiyədə azərbaycanlı hərbçilərin iştirakı ilə keçirilən kurs başa çatıb FOTOLAR
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən "Dağ komando kursu" başa çatıb.
"Cebheinfo.az" xəbər ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kursun başa çatması münasibətilə keçirilən buraxılış mərasimində iki ölkənin Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.
Sonda məzunlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, "Dağ komando kursu"nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















