Icma.az
close
up
RU
Azərbaycanlılar silah istəyir! Yeni müharibə başlaya bilər

Azərbaycanlılar silah istəyir! Yeni müharibə başlaya bilər

Icma.az bildirir, News24 portalına istinadən.

Yaxın Şərqdə baş verən son geosiyasi hadisələr fonunda kürd məsələsi yenidən beynəlxalq gündəmə çıxıb. Xüsusilə İran-İsrail müharibəsinin başlamasından sonra bu ölkədəki bəzi kürd qrupları silahlı mübarizəyə keçəcəklərini elan ediblər. PKK-nın İran qolu PJAK-ın aktivləşməsi bölgədə yeni münaqişə üçün hazırlıqların getdiyi ehtimallarını artırır.

Regionda yeni hərbi toqquşma yaşana bilərmi?

Globalinfo.az-a danışan iranlı politoloq Məsud Haray deyib ki, PJAK və ona bağlı strukturlar illərdir Güney Azərbaycanı, xüsusilə də Qərbi Azərbaycan vilayətini strateji “keçid koridoruna” çevirmək məqsədilə fəaliyyət göstərirlər:

“İran rejiminin dəstəklədiyi kürd məskunlaşdırma siyasəti təsadüfi yox, tam təşkilatlanmış demoqrafik müdaxilədir. Bu isə təkcə İranla bağlı məsələ deyil –Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir.

Sərhəd bölgəsində yerləşən türkmən və azərbaycanlı kəndlərində PJAK tərəfindən törədilən hücumlar yalnız lokal təhlükəsizlik problemi deyil, həm də bölgədə etnik mühasirə və geosiyasi təcrid planının ilk addımlarıdır. Bu planın tarixi kökləri isə 1979-cu ildə baş verən Sulduz qətliamına qədər uzanır.

1979-cu ilin 18 aprelində İran Kürdüstan Demokrat Partiyasına bağlı qruplar tərəfindən Sulduz şəhərində yüzlərlə türkün qətlə yetirilməsi, Güney Azərbaycanın qan yaddaşında hələ də açıq bir yaradır. Bu gün PJAK-ın “sülh” və “birlik” ritorikası ilə ortaya çıxması, bu tarixi yaddaşın üstündən xətt çəkmək cəhdidir. Lakin bu xalq unutmur. Bu torpaqlar, o qurbanlar, o mübarizə yaddaşlarda yaşayır.

Güney Azərbaycanda xalq artıq yalnız sosial mediada deyil, real sahədə də təşkilatlanır. Urmu, Xoy, Tikantəpə və Sulduz kimi şəhərlərdə gənclər dövlət qurumlarına müraciət edərək rəsmi silah icazəsi tələb edirlər. Bu proses artıq mədəni mübarizə deyil, fiziki varlığın qorunması üçün milli oyanışdır. Türkiyənin bu dirənişi dəstəkləməsi, sərhəd xaricindəki türk varlığının yaşadılması və qorunması deməkdir”.

Ekspert deyib ki, Vaşinqtonmərkəzli MEMRI düşüncə qurumunun yayımladığı təhlillərə görə, PJAK vasitəsilə İranın içində “Suriya Kürdüstanı” modelinə bənzər bir struktur qurmaq planlaşdırılır:

“Suriya Demokratik Qüvvələri (SDQ) üzərindən Suriyada həyata keçirilən modelin şərqə doğru – Türkiyənin sərhədlərinə qədər genişləndirilməsi gündəmdədir. Bu isə birbaşa Türkiyənin geosiyasi mühasirəsi anlamına gəlir.

PJAK-ın “birlik” çağırışı bir işğal manevridir. Bu çağırışa veriləcək cavab yalnız Güney Azərbaycanın deyil, Anadolunun, Türkiyənin və bütün Türk dünyasının gələcəyini müəyyən edəcək. Bu bir etnik soyqırım planıdır, mədəniyyətin silinməsi cəhdidir və buna qarşı mübarizə haqdır, varlıq mübarizəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri