Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycanlıların bəlası Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!

Azərbaycanlıların bəlası Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Tarix boyu çörək üstündə qırğınlar baş verib, müharibələr gedib.

Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərbi-məsəllər yaranıb.  

Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır.

Xalqımız həmişə dar məqamlarda “Çörək haqqı!”,-deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır. Bəzən haqsızlıqla üzləşən soydaşlarımızın pis adamları “Səni görüm çörək tutsun!”,-deyə qarğış etməsi sanki bu müqqədəs nemətin hər şeyə qadir olduğuna bir işarədir.

Statistikaya görə, azərbaycanlılar dünyada ən çox çörək yeyən xalqlar sırasında yer alır.

Hər bir azərbaycanlı gün ərzində təxminən 350 – 500 qram çörək yeyir. Bu rəsmi göstərilən normadır. Müşahidələr isə göstərir ki, gün ərzində 1 kq çörək yeyənlər də az deyil.

Mütəxəssislər deyirlər ki, çörəyin çox istifadəsi insan orqanizminə ziyanlıdır. Məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görüb:

"Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir...

Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. Bəziləri "çörəksiz yeyəndə doymuram” deyir. Kökündən yanlış düşüncədir”.

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə də deyir ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 5-10 qat az yeyirlər.

“Sən demə çörək heç də biz düşündüyümüz qədər dəyərli qida deyilmiş”, - Ə.Əzimzadə deyib.

Onun sözlərinə görə, çörəyi çox yemək müasir həyatın ən böyük bəlalarındandır.

“Bu “xəstəlik” bizim respublikanın vətəndaşları üçün daha çox təhlükə doğurur. Biz çörəyi həddindən artıq çox yeyirik. Anlamaq lazımdır ki, tərkibində vitamin və mikroelement qalmayan çörək, üstəlik, özündə duzu, sodanı, mayanı digər zərərli əlavələri cəmləşdirir. Həm də çörəyi elə qidalarla birlikdə yeyirik ki, onların qonşuluğu orqanizm üçün çox zərərlidir. Çörək – bir çox xəstəliklərin törəməsi üçün mənbə sayılır. Çörəyin həddən çox ayrıca qəbul edilməsi isə orqanizmə böyük zərbə vurur. Lakin çörəyi digər qidalarla, xüsusilə zülalla zəngin olan heyvandarlıq məsulları ilə birlikdə yemək daha böyük fəsadlar törədir”.

Tanınmış loğman deyir ki, çörəyi öz rasionundan çıxardan iradəli dərrakəli şəxslərin itirdiyi yeganə şey – xəstəlik ola bilər:

“Təkrar edirəm: dənli bitkiləri yalnız çiy-çiy yemək faydalıdır, o cümlədən də buğdanı”.

Ə.Əzimzadə çörəksiz yaşamağı heç cür ağlına gətirə bilməyən şəxslərə də məsləhət verib:

“Heç olmasa aşağıdakı qaydalara əməl etsin:

a) çörəyi az yemək

b) çörəyi bol-bol tərəvəz və göyərtilərlə birlikdə yemək

c) çörəyi digər zülallarla (ələlxüsus, heyvandarlıq məhsulları ilə) qarışdırmamaq

d) çörəyi meyvə ilə qarışdırmamaq”.

Ə.Əzimzadə deyir ki, kartofu da heç vaxt çörəklə yemək olmaz.

“Taxıl məhsullarının ən böyük qüsuru ondan ibarətdir ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Yəni dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox azdır, dəyişilənlər isə həddən artıq çoxdur. Onlar isə həyatımızda heç bir rol oynamırlar...

Dənli bitkilərdən hazırlanmış qidanın (o cümlədən çörəyin) bəlası ondadır ki, zülal tarazlığının pozulması və qeyri-mütənasibliyi sayəsində orqanizm daha çox zülal xörəyi tələb edir. Bu xörəyi həzm etmək və qana sormaq üçün çoxlu vitamin tələb olunur. Beləliklə də adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul edir. Acgözlük, qarınqululuq, köklük xəstəliyi də bununla bağlıdır. İnsan bədəni möhkəmliyini itirir, lırt olur, qocalıq kök adamın başının üstünü alır”.

Ə.Əzimzadə deyir ki, çörəyi cod undan (kobud üyüdülmüş) bişirmək məsləhətdir: “Çünki bizim hemoqlabinimiz üçün lazım olan dəmir dənin qabığında cəmləşib. Fikir verin: biğda qabığında ən yüksək növ buğda unundan 5 dəfə çox dəmir vardır”.
Bəs nə üçün çörək bütün xalqların 1 nömrəli qidasına çevrilib?

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri deyir ki, bunu bir neçə amillə izah etmək olar:

“Birinci – dənli bitkiləri hasilə gətirmək üçün o qədər də böyük xərc və zəhmət tələb olunmur, taxılı əkirsən, zəmiyə yüngülvari qulluq edirsən və biçirsən.

İkinci – taxıl hər yerdə bitir. Üçüncü – taxıl anbarda yaxşı qalır, onu saxlamaq asandır. Meyvə-tərəvəz isə tez sıradan çıxır.
Lakin dənli bitkiləri gözdən salmaq ədalətsizlik olar. Alimlərin fikrincə, dənli bitkiləri diri-diri, bütöv halda yemək faydalıdır.
Məsələn, cücərmiş buğda ilə müntəzəm qidalananda orqanizmdə cavanlaşma prosesi gedir, soyuqdəyməyə qarşı güclü immunitet yaranır, adam sağlamlaşır”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri