Icma.az
close
up
RU
Azərbaycanlıların bu ölkələrə getmələri ÇƏTİNLƏŞİR SƏBƏB

Azərbaycanlıların bu ölkələrə getmələri ÇƏTİNLƏŞİR SƏBƏB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ, Avropa və Rusiyada miqrantlara qarşı mübarizə güclənməyə başlayıb. Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ-da miqrantlara qarşı yanaşmanın sərtləşəcəyi gözlənilir. Tramp miqrasiya məsələlərində sərt mövqedə olan şəxsləri administrasiyasına toplayır. Yeni administrasiyada belə kadrların olması ABŞ-dakı miqrantlar, eləcə də həmvətənlərimiz üçün əlavə çətinliklər yaradacaq.

Rusiya hökuməti dekabrın 1-dən başlayaraq, ölkəyə daxil olmaq istəyən əcnəbilərdən biometrik məlumatlar tələb edən yeni qanunu tətbiq edir. Bu qanuna əsasən, əcnəbi vətəndaşlar Moskvadakı (Domodedovo, Şeremetyevo, Vnukovo) hava limanlarından və bəzi sərhəd keçid məntəqələrindən Rusiya Federasiyasına daxil olarkən biometrik məlumatlarını təqdim etməlidirlər.

Bundan əlavə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrant uşaqların məktəblərə qəbulunun rus dili biliklərinin yoxlanılmasına bağlı olmasını təklif edib, bu da Rusiyada yaşayan azərbaycanlı ailələr üçün əlavə çətinliklər yaradır.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Modern.az-a bildirib ki, hazırda ABŞ-da yaranan yeni tendensiyalara diqqət yetirməliyik, çünki bu, geosiyasi dəyişikliklər və prezident seçkiləri ilə birbaşa bağlıdır.

"Trampın qələbəsi ilə ABŞ-da təhsil üçün müraciətlər 5 dəfə artıb. Bu, beynəlxalq təhsil siyasətində ciddi dəyişikliklər yaradaraq, azərbaycanlı tələbələr üçün ABŞ-da təhsil imkanlarını daha da çətinləşdirib. Eyni zamanda, səfirlikdə hansı yeniliklərin olacağını isə zaman göstərəcək".

Polşada təhsil alan tələbələr isə viza və iş imkanlarının çətinləşdiyini bildirirlər. Vergi güzəştləri səbəbindən tələbələr iş tapmaqda üstünlük qazanır, amma adi işçilər üçün rəqabət çətinləşib, çünki onların maaşına 40%-ə qədər vergi tətbiq edilir. Viza prosesindəki gecikmələr isə tələbələrin təhsildə geri qalmasına səbəb olur.

Ümumilikdə Avropa ölkələrinin bəziləri miqrantların ölkəyə girişini və orada qalmasını çətinləşdirir. Burada həm təhsil almaq, həm də yaşayış icazəsi almaq miqrantlar üçün çətinləşib. Son zamanlar bir çox Avropa ölkəsində miqrasiya qanunları sərtləşdirilib, bu da təhsil və yaşayış məqsədilə Avropaya getmək istəyən azərbaycanlılar üçün ciddi çətinliklər yaranıb.

Həsən Mahanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri