Icma.az
close
up
RU
Azərbaycanlının xərçənglə bağlı elmi nailiyyəti rezonans doğurdu

Azərbaycanlının xərçənglə bağlı elmi nailiyyəti rezonans doğurdu

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetinin (BMU) fizika sahəsi üzrə məzunu, hazırda Polşadakı Milli Nüvə Tədqiqatları Mərkəzində fəaliyyət göstərən Dr. Amil Əliqayev ağciyər xərçənginin erkən mərhələdə aşkarlanmasına dair mühüm elmi nailiyyət əldə edib.

"Unikal" xəbər verir ki, o, Çin və Varşava texnologiya universitetlərinin tədqiqatçıları ilə birgə xəstəliyin etibarlı biomarkeri hesab olunan hexanal maddəsinin aşkarlanmasını mümkün edən yüksək həssaslıqlı dual-mode biosensor hazırlayıb. Bu innovativ yanaşma ağciyər xərçənginin erkən mərhələdə qeyri-invaziv üsullarla müəyyənləşdirilməsinə yönələn "breathomics" adlı müasir elmi istiqamətin inkişafına əhəmiyyətli töhfə verir. Biosensor hexanal maddəsinə məruz qaldıqda, həm güclü Raman siqnalı verir, həm də mavi rəng alır ki, bu da laborator cihazlarla və adi gözlə aşkarlanmanı mümkün edir. Aparılan testlər nəticəsində biosensorun yüksək həssaslıq, selektivlik, təkrarlanma və uzunmüddətli sabitlik nümayiş etdirdiyi, həmçinin antibakterial aktivliyə malik olduğu müəyyənləşdirilib.

Elmi qrup bu biosensoru ağız maskalarına və tor əsaslı qurğulara inteqrasiya edərək 20 ağciyər xərçəngi xəstəsi və 20 sağlam şəxs üzərində sınaqlar aparıb. Nəticələr xəstələrin nəfəs nümunələrində hexanalın mövcudluğunu dəqiq və sürətli şəkildə müəyyən etməyə imkan verib. Bundan əlavə, tədqiqatçılar “ColorSeek” adlı süni intellekt əsaslı rəng tanıma sistemini də inkişaf etdiriblər. Dərin öyrənmə metoduna əsaslanan bu sistem, sensorun rəng dəyişikliklərini smartfon və kompüter vasitəsilə real vaxtda 95%-dən yüksək dəqiqliklə analiz edə bilir. Tədqiqat nəticələri Chemical Engineering Journal-da (DOI: 10.1016/j.cej.2025.168343) “Dual-mode SERS and colorimetric sensor for lung cancer VOC-biomarker detection using hydrogel patches” adlı məqalə şəklində dərc olunub və elmi ictimaiyyətdə geniş maraq doğurub. Eyni zamanda bu tədqiqat Polşa, Çin və bir sıra digər ölkələrin mətbuatında trendə çevrilib. 

Qeyd edək ki, BMU-nu fərqlənmə diplomu ilə bitirən Amil Əliqayev akademik fəaliyyətinə universitetin Fizika kafedrasında başlayıb. Kondensə olunmuş maddələr fizikası sahəsinə  dərin marağı onu xaricdə magistratura təhsilinə yönəldib. Çin Elektron Elm və Texnologiya Universitetinin magistr dərəcəsini fərqlənmə ilə başa vurub, həmçinin 2025-ci ildə adıçəkilən universitetdə fəlsəfə elmləri doktorluğu (Ph.D) dərəcəsi alıb. Elmi nailiyyətlərinə görə “Honorary Credential” (Summa Cum Laude) mükafatına layiq görülüb. Hazırda Amil Aliqayev Polşanın Milli Nüvə Araşdırmaları Mərkəzində yerləşən NOMATEN CeO İnstitutunun Multiscale Hybrid Modeling of Materials tədqiqat qrupunun üzvüdür. Çin, Fransa, Finlandiya və İngiltərənin aparıcı beynəlxalq elmi qurumları ilə birgə elmi araşdırmalar aparır. Tədqiqat fəaliyyətindən əlavə Entropy (MDPI) jurnalında Guest Editor kimi fəaliyyət göstərərək Su-Nanomaterial Qarşılıqlı Təsirlərinin Araşdırılması üzrə qabaqcıl elmi işlərin yayılmasında mühüm rola sahibdir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri