Icma.az
close
up
RU
Azərbaycanofob, islamofob təsiri altında fəaliyyət göstərən Qərb mediası, Fransanın siyasi alətinə çevrilib

Azərbaycanofob, islamofob təsiri altında fəaliyyət göstərən Qərb mediası, Fransanın siyasi alətinə çevrilib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır, eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb. Bir müddət əvvəl, Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq. Özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan danışanların Azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrildiyinin şahidiyik. Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın antiazərbaycan və islamofob siyasəti davam etməkdədir, ARTE kanalında yayılmış film də azərbaycanlılarla türklərin nüfuzunu beynəlxalq arenada aşağı salmağına hesablanmışdır.

Azər Badamov

“Düzdür, filmdə azərbaycanlılarla türklərin qardaş xalqlar olduğunu bildirilir. Əlbəttə ki, biz qardaşıq. Hətta "Bir millət, iki dövlət" olduğumuzu qürurla ifadə edirik. Bu, bizi daha da yaxınlaşdırır və vahid güc olmağına xidmət edir. Amma "eyni vəhşiliklər törətməyə qadirdirlər" ifadəsi fransızlarla ermənilərə xasdır. Çünki, azərbaycanlılarla türklər sülhün və əməkdaşlığın yaranmasını, ədalətli dünyanın formalaşmasına çalışır”-deyən Azər Badamov vurğulayıb ki, fransızlarla ermənilərin gözü başqasının malındadır.

“Fransızlar uzun illər Afrika, Asiya, ada ölkələrini əsarət altında saxlayaraq soyqırımlar törətməklə milli sərvətlərini talayıblar. Bu gün də dənizaşırı ölkələrin haqlarını mənimsəməkdə davam edirlər. Ermənistan azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törədiblər. 80-ci illərin sonunda 300 minə yaxın azərbaycanlını öz doğma yurdu Qərbi Azərbaycandan deportasiya ediblər. Azərbaycan dövlətinin suverən ərazilərinin 20%-ni işğal edərək 30 il talayıblar. Həmin ərazilərdə yaşayan 750 mindən çox azərbaycanlını öz doğma yurdlarından məcburi köçkün salıblar. Yəni cinayətlərin və vəhşiliklərin törədilməsində fransızlar və ermənilər eyni olduğundan qardaşlıq edirlər. ARTE kanalında yayımlanan filmdə də fransızlar öz cinayətkar simalarını azərbaycanlılarla türklərə bənzətməyə çalışırlar. Təbii ki, bu, onların necə də rəzil və riyakar olduğunun göstəricisidir”-deyən deputat təəssüflə qeyd edib ki, söz azadlığından danışan bir qrup Qərb mediası da Fransanın Azərbaycanofob və islamofob siyasətinin alətinə çevrilib.

“COP29 ərəfəsində ölkəmizə qarşı aparılmış qarayaxma kampaniyaların kökündə də ölkəmizə qarşı olan qərəz dayanırdı. Bu gün də bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunan belə ucuz xarakterli və təbliğatçı filmlər Fransanın Azərbaycana qarşı olan qəzəbinin ifadə nüumunələrindəndir. Azərbaycan və Türkiyə haqq yolundadır. Ona görə də cinayətkarlar uğurlarımızı həzm edə bilmirlər. Məhz müsəlman Azərbaycan və xristian Ermənistan ifadələri işlətməklə dini mənsubluğunun erməniyə üstünlük qazandırmaqda istifadə olunması Fransanın çirkin planlarının tərkib hissəsidir. Amma onların çirkin arzuları özlərinin axırına çıxacaqdır”-deyə Azər Badamov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri