Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azercell korporativ müştərilər üçün nəzərdə tutulmuş “Azercell Biznes” rəqəmsal ekosistemi çərçivəsində İoT və M2M platformasını təqdim edib. Platforma müştərilərə IoT və M2M cihazlarının vahid mərkəzdən idarə olunması, real vaxt rejimində nəzarət və əməliyyat səmərəliliyinin artırılması üçün çevik imkanlar verir.
Yeni həll M2M cihazlarının statusunun və trafik istifadəsinin real vaxt rejimində idarə olunmasını,hovuz internet balanslarının tənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Bu yanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərinin azaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini də təmin edir.
IoT və M2M həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış, neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər. Platforma müştəri yönümlü, çevik interfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilən arxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud IoT layihələrinin rahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqla platformaya inteqrasiyasını mümkün edir.
Qeyd edək ki, Azercell bu təşəbbüslə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və ağıllı texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Fevral 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















