Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Azercell Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu mövzusunda panel müzakirəsi keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Azercell Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu mövzusunda panel müzakirəsi keçirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Google, Ambition Loop, Azercell və "Azərbaycan Dəmir Yolları" QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər.

"Azercell Telekom" MMC yerli və beynəlxalq aparıcı ekspertlərin və biznes liderlərinin iştirakı ilə "Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu" mövzusunda panel müzakirəsi keçirib. Panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsində iri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlim çağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqların vacibliyini vurğulayıblar.

Panel müzakirəsinə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, "Azərbaycan Dəmir Yolları" QSC-nın Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, Google-un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoru Adam Elman və Ambition Loop-un həmtəsisçisi Qonzalo Munyoz qatılıblar.

S3-ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyi paneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativ liderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzulara fokuslanıb.

Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikir mübadiləsi aparıblar. Google şirkətini təmsil edən Adam Elman süni intellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S. Elman bildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunu təkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçün resursları optimallaşdıra bilər.

QHT-ləri təmsil edən Qonzalo Munyoz öz növbəsində bu istiqamətdə önəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqların əhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.

Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsində iştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin Əliyeva Azercell-in ESG strategiyası, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib. Ş. Əliyeva Azercell-in Qarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini və onların enerji tələbatının 60%-nin bərpa olunan enerji hesabına qarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb.

Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESG hesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi haqqında danışıb.

Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalı olduğunu bir daha qeyd ediblər. Panel Azercell-in innovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyata keçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri