Icma.az
close
up
RU
“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Azərbaycanın ən böyük İKT şirkəti "Azerconnect Group” Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub. Dünyanın 160-dan çox ölkəsindən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması və bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır. 

AZXEBER.COM xəbər verir ki, BMT-nin Qlobal Sazişinə qoşulmaqla "Azerconnect Group” ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət, həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.

"Azerconnect Group” innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. "Azerconnect Group” artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir. 

Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group” tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da  ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir.  Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib.  

Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group” əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - "FLEXcellence” tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən "Azerconnect Group Mükəmməllik Mərkəzi” təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində "Azerconnect Group” beynəlxalq audit şirkəti "Deloitte” tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə "Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən "Ən yaxşı işəgötürən” mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə "Azerconnect Group”a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən "Gender İnklüziv İş yeri” mükafatı təqdim olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri