Icma.az
close
up
RU
“Azerconnect Group” və MEDİA nın birgə təşkilatçılığı ilə media forum keçirildi FOTO

“Azerconnect Group” və MEDİA nın birgə təşkilatçılığı ilə media forum keçirildi FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı media forum keçirilib.

Redaktor.az xəbər verir ki, forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılması olub. Tədbirdə dövlət və özəl sektor nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tariximizin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb.  Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. O, istedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə və bu prosesdə qazanan tərəfin Azərbaycan mediası, bütövlükdə isə ictimai fikir olacağına inamını ifadə edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında “Əkinçi” qəzetindən başlanan Azərbaycan milli mətbuat tarixinin zəngin inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.

Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə baş tutan “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” mövzusunda panel sessiyada “BAKU TV”nin rəhbəri Ramin Cəfərov, “APA TV”nin rəhbəri Orxan Məmmədli,   “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, “Qafqazinfo.az” veb-saytının baş redaktoru Günel Əbilova, “Oxu.az” veb-saytının baş redaktoru Ülvi Səfərov tərəfindən media sahəsində innovativ yanaşmalar, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin jurnalistləri üçün zəruri kompetensiyalar barədə geniş müzakirələr aparılıb və jurnalistika peşəsinin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı, gənclərin bu sahəyə marağının təşviq edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində təşkil edilən “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda təkbətək formatlı görüşdə “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək, sürətlə dəyişən informasiya ekosistemində etik prinsiplərin möhkəmləndirilməsi, texnoloji yeniliklərin inteqrasiyası və ictimaiyyətlə effektiv dialoqun qurulmasının vacibliyini, jurnalistikanın cəmiyyətin inkişafındakı strateji rolunu xüsusi qeyd edib.

Eyni zamanda, “Global Media Group”un İnsan resursları departamentinin rəhbəri Səadət İsmayılova “Müasir dövr mediasında gənclər üçün məşğulluq imkanları”, “SAT Group”un SMM və süni intellekt üzrə təlimçisi Abdulla Abdullayev isə “Süni intellektin jurnalistikada rolu” mövzusunda təlim keçib. Tələbələr bu təlimlərdə jurnalistikanın inkişafında innovativ alətlərin rolu, yeni nəsil media mühitində peşəkarlıq tələbləri və gələcək karyera imkanları barədə dəyərli biliklər qazanıblar.

İştirakçılar tanınmış media nümayəndələri ilə bir araya gələrək, real təcrübələr və praktiki nümunələr əsasında sahənin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, foruma ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin digər ali məktəblərdən bu sahəyə maraq göstərən 100-ə yaxın gənc qatılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri