“AzerGold” Göygöldə növbəti sosial yardım aksiyası təşkil etdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb.
Axar.az xəbər verir ki, sosial aksiya Göygöl rayonunun Tülallar və Zurnabad kəndləri üzrə aztəminatlı ailələri əhatə edib.
Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını ucqar kəndlərdə yaşayan ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb.
Qeyd edək ki, "AzerGold" QSC-nin hasilat fəaliyyəti apardığı mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə mütəmadi olaraq təşkil edilən bu tip sosial yardım aksiyaları dövlət proqramlarına dəstək xarakteri daşıyır. Məqsəd bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















