“AzerGold” və “Azərxalça” xalçaçılıq irsinin təbliği ilə bağlı birgə layihəyə başlayıb
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC birgə layihənin icrasına başlayıb.
Doğru.az xəbər verir ki, layihə xalçaçılıq ənənələrinin geniş auditoriyaya tanıdılmasını hədəfləyir.
Təşəbbüs çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən müştərilərə “AzerGold” tərəfindən həmin xalçaların ornamentləri əsasında hazırlanmış “Laçın” və “Qarabağ xalçası – Çələbi” adlı gümüş sikkələr hədiyyə ediləcək.
Layihənin məqsədi Azərbaycanın qədim xalçatoxuma ənənələrini mədənçilik sənayesi ilə birləşdirərək milli mədəni irsin təbliğinə töhfə verməkdir. Təşəbbüs həmçinin Qarabağ xalçaçılıq məktəbinə məxsus ornament və kompozisiyaların müasir təqdimatla geniş ictimaiyyətə çatdırılmasını nəzərdə tutur.
UNESCO tərəfindən 15 il əvvəl qeyri-maddi mədəni irs kimi tanınan Azərbaycan xalçaçılıq sənəti bu gün də öz ənənələrini qorumaqla inkişafını davam etdirir. Birgə layihə orijinal xalça nümunələri ilə xüsusi sikkə kolleksiyasını birləşdirərək, keçmişlə bu günü birləşdirən mədəni körpü rolunu oynayır.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















