Azəriqaz ın baş direktoru Zaqatalada vətəndaşları qəbul edəcək
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Zaqatalada keçiriləcək. SİA "Azəriqaz"a istinadən xəbər verir ki, "Azəriqaz"ın baş direktoru Azər Məmmədovun Zaqatala rayonunda vətəndaş qəbulu noyabrın 21-də saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (Ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq.
Görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.
Qurum vətəndaşların nəzərinə çatdırır ki, noyabrın 28-nə nəzərdə tutulmuş vətəndaş qəbulu noyabrın 21-nə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















