Icma.az
close
up
RU
“Azərişıq” ASC nin Şirvan Regional Şəbəkəsinə ağrı ittihamlar var Sərfiyyat itkisi” o qədər çoxdur ki... (VİDEO, YENİLƏNİB)

“Azərişıq” ASC nin Şirvan Regional Şəbəkəsinə ağrı ittihamlar var Sərfiyyat itkisi” o qədər çoxdur ki... (VİDEO, YENİLƏNİB)

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsi qazisi Aydın Aslanov “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsinə bağlı olan Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev barədə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Mia.az-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan A.Aslanov bildirib ki, o, kiçik sahibkarlıqla məşğuldur, Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev isə sahibkarların fəaliyyətinə mane olur: 

“Ağababa Babayevin rəhbərliyi altında Neftçala Elektrik şəbəkəsinin əməkdaşları rayonda mütəşəkkil şəbəkə kimi fəaliyyət göstərirlər. Neftçala şəhərində 40 kvadratmetrlik dükanım var. Fəaliyyətim dövründə istər dövlət vergisini, istərsə də kommunal xərcləri vaxtlı-vaxtında ödəmişəm. Heç bir dövlət qurumu ilə problemlər yaşamasam da, son zamanlar, A.Babayevin Neftçala elektrik şəbəkəsinə müdir təyin olunmasından sonra problemlər yaşayıram. Neftçalada işıq pulu elektrik şəbəkəsi əməkdaşları tərəfindən nəğd olaraq birbaşa yığılır və bu da rayonda böyük narazılıqlar yaradır. Sonuncu dəfə dükanımın 65 manat elektrik borcu olub və həmin pul şəbəkənin əməkdaşına ödənilib. Ödəniş edildikdən bir neçə gün sonra dükanımın işığı söndürülüb. Neftçala elektrik şəbəkəsinin əməkdaşı bizə bildirib ki, dükanın işığının söndürülməsi ilə bağlı şəbəkənin müdiri Ağababa Babayev birbaşa tapşırıq verib. Ağababa Babayevin bizdən nə istədiyini bilmirik və belə hallar bundan əvvəl də baş verib”. 

Sahibkarın sözlərinə görə, Neftçala elektrik şəbəkəsində vətəndaşların müraciətinə və şikayətlərinə heç kim cavab vermir: “İdarədə belə məsul şəxs tapmaq mümkün olmur, müdir və mühəndislər şikayətçilərə qətiyyən məhəl qoymurlar. Tam məsuliyyətimlə bildirirəm ki, Neftçalada fəaliyyət göstərən dükan və obyektlərə, kəndlərdə çoxsaylı evlərə, fermer təsərrüfatlarının 80-90%-nə ikinci xətlə qanunsuz elektrik enerjisi verilir. Verilən qanunsuz enerji sərfiyyat itkisi kimi qeydiyyata alınır və silinir. Pullar isə “şəbəkə pramidası” arasında bölünür. Bunu “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsindən gizli şəkildə həyata keçirmək mümkün deyil. Çünki “sərfiyyat itkisi” o qədər çoxdur ki, bunu başqa cür izah etmək mümkün olmur. Bunu sübut etmək üçün “Azərişıq” ASC-nin Neftçalada kiçik bir yoxlama aparması kifayətdir”.  

A.Aslanovun “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin əməkdaşları ilə qarşıdurması 110/35/6 kv-luq yarımstansiyanın tikilməsi səbəbindən başlayıb: “Obyektim tikilirkən mövcud yarımstansiyadan 12 metrdən artıq bir məsafədə tikilib və həmin vaxtda mən “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsindən müvafiq lisenziya da almışam. Lakin bir müddət əvvəl “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi istifadə müddəti bitən həmin yarımstansiyanın yerinə yeni bir yarımstansiya istismara verib. Lakin yeni yarımstansiya köhnənin yerində deyil, məhz mənim obyektimin bir metrliyində tikilib. Bu isə ciddi qayda pozuntusudur. Təhlükəsizlik qayda pozuntusunu yaradan da məhz “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi olub. O zaman mən məsələ ilə bağlı “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinə müraciət edərkən bildirdilər ki, yarımstansiyanın ətrafındakı hasar mühafizə zolağıdır və qaydalara uyğundur. Lakin elə həmin vaxt müraciətimə əsasən, FHN-dən bildirdilər ki, bu, ciddi qayda pozuntusudur və gələcəkdə mənim problemimə çevriləcək. Bütün etirazlarıma baxmayaraq, “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi qaydalara zidd olaraq obyektimin bir metrlik məsafəsində sözügedən yarımstansiyanı tikdi. Maraqlıdır ki, indi tamamilə başqa məzmunlu şikayətimə belə bir cavab alıram. Görünür ki, “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi məsuliyyətdən özlərini kənarlaşdırmaq üçün mənə belə bir cavab ünvanlayıb. Obyektim illərdir ki, fəaliyyət göstərir və bu da sənədlərdə öz əksini tapıb. Eyni zamanda 110/35/6 kv-luq yarımstansiyanın tikilmə vaxtı da məlumdur və bunun da sənədləri, təbii ki, var. Yəni bu cavabla “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin müdriyyəti, şəxsən Ağababa Babayev iz azdırmağa çalışır. “Azərişıq” ASC-nin İdarə müdiri Zabil Quliyevin adından ünvanıma daxil olan cavab məktubu məni təəccübləndirdi. Çünki məktubda mənim şikayətimin mahiyyəti ilə bağlı heç bir cümlə yox idi. Sadəcə bildirilir ki, mənim obyektimin ərazisində Neftçala Elektrik Şəbəkəsinin əməkdaşlarının apardıqları 110/35/6 kv-luq yarımstansiyanın yaxınlığında tikilib. Buna görə də həmin ərazidən 6 kv-luq hava elektrrik xətlərinin keçməsi məlum olub. Azərbaycan Respublikası Prezidentinin 14 uyun 2023-cü il tarixli 2181 nömrəli fərmanının icrası üçün tikinti obyektinin istismarına icazə verilməsinə həyatyanı sahədən hava elektrik verilişi xətti keçdiyi və mühafizə xətti pozulduğu üçün mənfi rəy verilmişdir. Buna görə də “Azərişıq” ASC-nin idarə müdiri Zabil Quliyev sözügedən fərmanın tələblərinə uyğun olaraq çatışmazlıqları ortadan qaldırdıqdan sonra yenidən müraciət etməyi məsləhət gördü. Mən obyektimə çıxarış almaq üçün “Azərişıq” ASC-yə müraciət etməmişəm, məhz “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin əməkdaşlarının sahibkar olaraq mənim fəaliyyətimə maneə olması ilə bağlı möhtərəm Prezidentimizə müraciət ünvanlamışam. Bu, düşünülmüş bir cavabdır”. 

Sahibkar Neftçaladakı vəziyyətlə bağlı digər faktları da açıqlayıb: “Neftçala Elektrik Şəbəkəsinin əməkdaşları ölən adamların adına olan sayğacları ləğv etmir və həmin sayğaclardan başqa obyektlərdə istifadə olunur. Bununla bağlı da bizdə sübutlar mövcuddur. Bir müddət əvvəl “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev haqqında Neftçala polisində məsuliyyətə cəlb edilib. Buna səbəb isə elektrik dirəklərinin “metallom” kimi satılmasında Ağababa Babayevin adının hallanması olub. Sonradan nə baş veribsə, həmin iş ləğv edilib. “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov, əgər doğrudan da işçilərinizin xalqa və dövlətə necə xidmət etmələrini görmək istəyirsinizsə, o zaman itkilərlə bağlı yerlərdə davamlı olaraq yoxlamalar aparın, hər ay nə qədər elektrik enerjisinin məhz “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən oğurlanması haqqında dəqiq məlumatlara sahib olacaqsınız. Vüqar müəllim, Neftçalada və digər rayonlarda işıq pulları niyə şəbəkə əməkdaşları tərəfindən qapı-qapı gəzilərək nəğd şəkildə yığılır? Biz hansı zamanda yaşayırıq və niyə abonentlərdən pul toplamaq üçün dövlət əlavə minlərlə ştat saxlayır və vəsait sərf edir?” 

***

"Azərişıq" ASC Birinci Qarabağ müharibəsi qazisi, sahibkar Aydın Aslanovun Şirvan Regional Elektrik Şəbəkəsinə bağlı olan Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev, rayon ərazisində qurumun əməkdaşlarının qanunsuz əməllərə yol vermələri barədə iddialarına münasibət bildirib. 

Qurumdan bildirilib ki, sözügedən obyekt "Azərişıq" ASC-nin məlumat informasiya bazasında 80708070013 nömrəli abunə kodu ilə qeydiyyatdadır.

"Abunə vərəqi təhlil edilərkən 05.01.2025-ci il tarixdə istifadə edilən elektrik enerjisinin dəyərinə uyğun 65 manat ödəniş həyata keçirilib. Lakin obyektə verilən elektrik enerjisinin təchizatının dayandırılması halı baş verməyib. Hazırda obyekt fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunur. Həmçinin sayğac ərazi üzrə xidmət göstərən nəzarətçi-mühəndis tərəfindən davamlı olaraq hər ay vaxtında oxunaraq ödənişləri təmin edilir. Eyni zamanda araşdırma zamanı Neftçala Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verildiyi aşkarlanmayıb”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see119

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri