Icma.az
close
up
RU
Naxçıvanda “Azərenerji” və “Azərişıq” ASC lərin Tədris Mərkəzinin Regional Bölməsi yaradılacaq

Naxçıvanda “Azərenerji” və “Azərişıq” ASC lərin Tədris Mərkəzinin Regional Bölməsi yaradılacaq

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi çərçivəsində muxtar respublikada Tədris Mərkəzlərinin regional bölmələrinin yaradılması nəzərdə tutulur.

Bu məqsədlə “Azərenerji” ASC-dən bir qrup məsul nümayəndə heyəti 13-15 yanvar 2025-ci il tarixlərində Dövlət Energetika Xidmətində olub və yaradılacaq mərkəzdə vəzifə ixtisasları üzrə tədrisdə iştirak edəcək müəllimlər müəyyən ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin seçilmiş 10 nəfərdən ibarət mütəxəssis-mühəndis heyəti 03-07 fevral 2025-ci il tarixlərində “Azərenerji” ASC-nin “Tədris Mərkəzi”ndə ezamiyyədə olublar. 

Ezamiyyə müddətində böyük maddi-texniki bazaya malik “Tədris Mərkəzi”nin tədris otaqlarında, həmçinin əməliyyat çevrilmələrinin tədrisi üçün ayrılmış simulyasiya və laboratoriya mərkəzlərində ümumi tədris prosesləri ilə tanışlıq həyata keçirilib, mütəxəssis-müəllim heyətləri ilə müxtəlif mövzularda qarşılıqlı məlumat və təcrübə mübadilələri aparılıb.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik, elektrotexnikanın əsasları, rele-mühafizə və izolyasiya, hava xətlərinin istismarı, elektrik qurğu və avadanlıqları, daxili yanma mühərrikləri, su elektrik stansiyalarının istismarı və sınaq-ölçmə işləri üzrə təkmilləşdirmə, eyni zamanda gələcəkdə aparılacaq tədrisin metodikası və ümumi proseslər barədə hazırlıq keçiblər.

Həmçinin 330/220/110 kV-luq “Qobu”, 220/110/35/6 kV-luq “Nizami” yarımstansiyaları və gücü 800 MVt olan "Şimal-1" və "Şimal-2" Elektrik Stansiyaları ilə tanış olublar.

Təşkil olunan bu təlim-tədris proqramı, gələcəkdə Naxçıvanda yaradılacaq “Tədris Mərkəzi”ndə müəllim heyətinin dərs proseslərini daha peşəkarcasına və təkmil şəkildə təşkil etməyə, eyni zamanda mütəxəssis-mühəndis heyətlərinin ixtisas və biliklərinin artırılmasına böyük töhfə vermiş olacaqdır. 

3 fevral 2025-ci il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin tədris sinifində “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin Dispetçer Xidmətinin rəisi Əhsən Hüseynov tərəfindən Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin dispetçerlərinə dispetçer-idarəetməsi mövzusunda bir aylıq təlim də keçirilir.

Səbuhi HƏSƏNOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri