“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması ötən il 900 milyard kilovat/saat elektrik enerjisinə qənaət etməyə imkan verib.
Bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “Bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.
O qeyd edib ki, Azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.

Rusiyanın itkiləri 900 mini keçdi Siyahı
23 Mart 2025 14:23
NATO: Rusiya ordusunun itkiləri 900 min nəfəri ötüb
04 Aprel 2025 13:23
İllik elektrik gücü 26,7 milyard kVt saat
23 Yanvar 2025 11:02
Azərişıq cərimələnir
09 Dekabr 2024 08:05
Ukrayna ordusunun itkiləri 900 min nəfəri keçdi Xəbər saytı Son xəbərlər və Hadisələr
19 Noyabr 2024 09:54

