Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Cansız əşyalara həyat verən kukla ustaları REPORTAJ

Cansız əşyalara həyat verən kukla ustaları REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 aprel, Fidan Əlizadə, AZƏRTAC

Uşaq gülüşlərinin ən səmimi səsləndiyi, gözlərin böyük heyranlıqla səhnəyə dikildiyi məkan məhz kukla teatrlarıdır. Bu sənət məbədi dünyanın bir çox ölkələrində qədimdən bəri mövcuddur və hər bir mədəniyyətdə özünəməxsus üslubda inkişaf edir. Məlumdur ki, səhnədəki hər kukla görünməyən əllərin can verdiyi “aktyorlardır”. Onlar danışır, oynayır, gülür və bizi bəzən düşündürür. Bu cansız əşyalara həyat verənlər isə kukla ustalarıdır.

AZƏRTAC-ın əməkdaşı Azərbaycan Dövlət Kukla Teatrına üz tutaraq səhnənin arxa planını - tamaşaların, kuklaların, irili-xırdalı səhnədə gördüyünüz hər detalın hazırlandığı məkana yollanıb. Sözsüz ki, rekvizit sexinə. Burada illərin təcrübəsi, sənətə sevgi və fədakarlıqla çalışan yaradıcı komanda ilə həmsöhbət olub. Biz orada olarkən qaynar iş prosesi gedirdi. Rəssamlar, qəlibçilər, maketçilər, dərzilər, bir sözlə hamı işləyirdi. Adlarını sirr kimi saxladıqları 2 tamaşa üzərində eyni zamanda işləyirdilər. Biz də fürsətdən istifadə edib bu zövqlü təsfiri sizinlə bölüşmək istədik.

22 ildir kuklaların sirdaşı olan quruluşçu rəssam Rəvanə Yaqubova deyib ki, hər bir kuklanın öz hekayəsi var: “Biz kağız, parça, papyamaşa, taxta, qupka – müxtəlif materiallarla çalışırıq. İşin çətinliyi hazırlanan obrazın mürəkkəbliyindən asılıdır. Məsələn, “Müqəvva və Leyla” tamaşasındakı bir ağac kuklasının hazırlanması çox zaman alır və dəqiqlik tələb edir. Əvvəlcə eskiz çəkilir, sonra ustalara ötürülür, müxtəlif mərhələlərdən keçir: qupka və oenadan yığılıb, parçalarla örtülür, simlər əlavə edilir. Gözləri, ağzı mexaniki şəkildə hərəkət edir. Bu isə rejissorun təxəyyülünün məhsuludur. Hər yeni tamaşa yeni dünya deməkdir”.

Rəna Abbasova da bu sənətə könül bağlayıb. O, bir neçə kuklanın hazırlanmasının təxminən iki ay çəkdiyini vurğulayıb: “İlk olaraq heykəltəraş onun bədən formasını yaradır. Ardınca papyamaşa ustası bu formanı qəlibə salır. Gipslə və kağızla formalaşdırıb, sonra biz onu boyayırıq. Nəhayət, dərzilər kuklanın geyimini tikir. Bu bir kollektiv işidir”.

Maketçi rəssam Nahid Sarıyev kuklaların yalnız yaradılmasında yox, dekorların hazırlanmasında da aktiv rol oynayır: “Əvvəlcə heykəltəraş kuklanı düzəldir, sonra mən onun kağızdan qəlibini çıxarıram. Dekorlar da tamaşanın ruhunu daşıdığı üçün onların üzərində də xüsusi diqqətlə işləyirik”.

Konstruktor- rəssam Cavid Hüseynov isə bu sənətə 16 ilini verib: “Kuklaların əl, ayaq, göz və ağız mexanikasını hazırlayıram. Əgər sadədirsə, bir günə 3 kukla hazırlaya bilirəm. Əvvəllər çətin gəlirdi, amma indi artıq bu iş mənim bir parçamdır”.

Kuklaların zövqlü geyimləri isə dərzi Cəfərli Dilşadın əllərindən çıxır. O diqqətə çatdırıb ki, kuklalar hazır olandan sonra eskizlərə əsaslanaraq onların paltarlarını tikir. Bir tamaşanın geyim işi üç aya qədər vaxt aparır.

Teatrın gənc rəssamlarından biri Səbinə Haqverdiyevadır. Səbinə uşaqlıqdan rəssamlığa, sənətə, kuklalara böyük sevgisi olub. O quruluşçu rəssamların ona həvalə etdiyi,səhnə geyimləri, kuklaları böyük zövqlə hazırlayır. Hər birinə özünəməxsus sevgi ilə yanaşıb, yeni nəfəs verib. Beləcə, özünün məsum uşaq dünyasında saxladığı rəngləri, boyaları, uşaqlara olan sevisini yaratmış olduğu nümunələrlə göstərir.

Bütün bu yaradıcı işin arxasında duran əsas şəxslərdən biri baş rəssam İqbal Əliyevdir. Onun sözlərinə görə, 20 ildir ki, Kukla Teatrında çalışır. “Bu yer nağıllar aləmidir. Uşaqları aldatmaq mümkün deyil. Bu səbəbdən hər detalı incə işləməyə çalışırıq. Teatrımızın repertuarında 46 tamaşa var və onların hər birinin özünəməxsus kuklaları, rekvizitləri var. Bir personaj bir tamaşaya aiddirsə, digəri üçün istifadə edilə bilməz. Biz kuklalarla bir obraz yaradırıq. Hər rəssamın öz dəsti-xətti, rəng dünyası var. Uşaqların sevgi dolu baxışları bizim ən böyük qazancımızdır”,- deyə İ.Əliyev əlavə edib.

Azərbaycan Dövlət Kukla Teatrı təkcə ölkədə yox, xaricdə də öz sözünü deyən sənət ocağıdır. Bu teatrda kukla janrının hər növü var və hər biri peşəkar komandanın birgə yaratdığı möcüzəyə çevrilir.

Burada gördüklərimiz, həmsöhbət olduqlarımız bir daha deməyə əsas verir ki, səhnədə canlanan hər kuklanın araya-ərsəyə gəlməsində neçə-neçə insanın zəhməti, göz nuru, duyğusu, sevgisi yaşayır. Bəlkə də bu sənətə olan sonsuz sevginin nəticəsidir ki, Kula Teatrına üz tutanların sayı gündən-günə çoxalır…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri