Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.
Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsait açıqlandı
03 Oktyabr 2025 10:28
Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb
28 Yanvar 2025 13:21
Azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb
16 Dekabr 2024 12:04
Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlandı
29 Noyabr 2024 11:19
Baxış sayı:96
Bu xəbər 18 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















