Icma.az
close
up
RU
“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda son 5 ildə enerji infrastrukturunun yenidən qurulması ilə bağlı işləri açıqlayıb

“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda son 5 ildə enerji infrastrukturunun yenidən qurulması ilə bağlı işləri açıqlayıb

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Azərişıq” ASC son beş il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirib və bu proses hazırda da davam edir.

"Report" xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar quraşdırılır, elektrik xətləri çəkilir və yeni güc mərkəzləri yaradılır.

“Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda isə Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib”, - deyə A.Məmmədzadə bildirib.

O əlavə edib ki, 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə iki böyük güc mərkəzinin rəsmi açılışı baş tutub: "Sentyabrın 2-də Kəlbəcərdə 110/35 kV-luq İstisu yarımstansiyası işə salınıb, oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb. Bundan başqa, Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazırdır. Hər üç güc mərkəzi müasir SCADA sistemi ilə təchiz edilib".

A.Məmmədzadə xatırladıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Belə ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam edir, Ağbulaq-SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi başa çatmaq üzrədir, Xocalıda Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir, Xocavənddə Zoğalbulaq yarımstansiyasının tikintisi və Hadrut Qovşaq yarımstansiyası ilə Zoğalbulaq yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi həyata keçirilir, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatı üçün müasir transformator yarımstansiyaları inşa edilir, Qubadlıda Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri aparılır".

O həmççinin vurğulayıb ki, Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttlərinin çəkilişi davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri