Icma.az
close
up
RU
Azəristiliktəchizat ın keçirdiyi tenderin qalibi bu dəfə də İdeal TM oldu

Azəristiliktəchizat ın keçirdiyi tenderin qalibi bu dəfə də İdeal TM oldu

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) "İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, "İdeal TM” QSC Xətai rayonu, Gəncə prospekti 35 ünvanında yerləşən 2 saylı qazanxananın yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Yenidənqurma işlərinin dəyəri 779 999,99 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "İdeal TM” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti 44C, mənzil 0-da yerləşir. Qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Açıq mənbələrdə şirkət haqqında geniş məlumat yoxdur.

Əfqan Əliyev eyni zamanda "NN Group” MMC-nin rəhbəridir. Onun barəsində 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, ötən il "Azəristiliktəchizat” ASC ilə "İdeal TM” QSC arasında ümumi dəyəri 4 390 569,55 manat olan satınalma müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində yeddi qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə bağlı tikinti-quraşdırma, sınaq və sazlama işlərinin satın alınması nəzərdə tutulub.

"Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədri İlham Mirəzliyevdir. O, 2025-ci ildən bu vəzifəni icra edir.

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri