Icma.az
close
up
RU
Azərittifaq ın sədri,millət vəkili Eldar Quliyev Qəbələdə vətəndaşın halal malını necə fırladıb İDDİA

Azərittifaq ın sədri,millət vəkili Eldar Quliyev Qəbələdə vətəndaşın halal malını necə fırladıb İDDİA

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TEREF yazır ki, bloqumuza müraciət edən, Qəbələ şəhəri sakini, mərhum atası "Azərittifaq" payçısı olan Rəsulov Zaur İmaməddin oğlu "Azərittifaq"ın sədri,millət vəkili professor Eldar Quliyevin qanunsuzluqlarından yazır. Vətəndaş Zaur Rəsulov məktubunda yazır:

""Azərittifaq"ın sədri,millət vəkili professor hesab edilən Eldar Quliyev barəsində məlumat.

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun may ayının 9-da rayonun Sarxanlı kəndində faşizm üzərində qələbə münasibətilə SSRİ bayrağını qaldırması Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Eldar Quliyevlə bağlı bir sıra önəmli faktların aşkarlanmasına səbəb oldu.Eldar Quliyevin oturduğu ofislə bağlı mövzu gündəm oldu, elə bundan sonra Eldar Quliyevin mətbuata "racon biçmək" şəklində bəyanatı yayıldı. Adam elə ərz etdi ki,Müstəqil Azərbaycan Respublikasının ən şəffaf şəxsidir, dövlət əmlakına, Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"da çalışan şəxslərin hüquqlarının pozulmasına,orada payçılara aid əmlaklara xor baxmayıb vəs.Bu qrumun əmlakım ayrı-ayrı şəxslərə satmaqla milyonlara sahiblənməyib. Heyif həmin müddət başım qarışdı, mətbuata müraciət edə bilmədim. Buyurun indi Eldar Quliyevin "Azərittifaq"ın balansında olmuş əmlakları satması və iş yerlərinin bağlanmasına səbəb olan BİR NÜMUNƏNİ diqqətinizə çatdırım.

Belə ki,zamanla Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"da çalışan şəxslərin hüquqlarının pozulması,orada çalışan işçilərin payçı olduqları təqdirdə əmlak hüquqlarından məhrum edilməsini mətbuat yazıb, "Azərittifaq"ın sədri,millət vəkili professor hesab edilən Eldar Quliyevidi qanunsuz hərəkətlərindən dövlət orqanlarına şikayətlər edilib. Şikayət edilməsinə səbəb isə Eldar Quliyevin "Azərittifaq"ın payçı təşkilat olmasından sui-istifadə etməsi və qurumun çoxsaylı əmlakını "Azərittifaq" adından qərar çıxartmaqla istədiyi şəxslərin adına özəlləşdirməsi olub. Yəni "Azərittifaq" payçı təşkilat olduğundan özəlləşdirmə qərarı özü tərəfindən həyata keçirilib və heç bir qrum bu prosesə müdaxilə etmək hüququna sahib olmayıb.Səhv etmirəmsə indi də belədir.

Ona görə də təəssüf hissi ilə qeyd etməliyəm ki,atam Rəsulov İmaməddin Cümşüd oğlunun da əmlak hüququ kobud şəkildə pozulub. Belə ki,atamın adına olan, onun şəxsi vəsaiti hesabına tikilmiş kafe-restoran "Mirvari" gizlin şəkildə, bizdən xəbərsiz özəlləşdirilib. Bu qanunsuzluğa Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"ın sədri,millət vəkili Eldar Quliyev rəvac verib. Eldar Quliyev sıfırdan atamın tikdiyi və Qəbələ rayonu Zərifə Əliyeva adına prospektdə yerləşən ictimai-iaşə obyekti kimi fəaliyyət göstərən "Mirvari"ni, "Azərittifaq"ın qərarı ilə məsələyə heç bir aidiyyəti olmayan, Faiq İbrahimov adlı şəxsin adına özəlləşdirib.Bu kimi hallar Eldar Quliyevin qanunsuzluqlarının yüzdən biridir. İndi mətbuata düzlükdən danışan bu şəxs keçmişi, hazırda da rəhbəri olduğu universitetdə fəaliyyəti bu xalqa ziyan vurmaqdan başqa bir şey deyil."

TEREF yazdığı məktubda daha sonra müəllif yazır:

"Hörmətli mətbuat nümayəndələri!

Eldar Quliyevin bu qərarından sonra payçı tərəf kimi atamın və onun varisi mənim mülkiyyət üzərində olan hüquqlarımız pozulub. Onu da qeyd edim ki, restoran "Mirvari" gizlin şəkildə özəlləşdirmədə Faiq İbrahimovun adına aparıla bilməzdi,çünki o, "Azərittifaq"ın payçısı, eləcə də işçisi deyildi. Yəni, payçı təşkilata məxsusluğu olmayan şəxs idi. Bu mənada Eldar Quliyevə sual olunmalıdır, nə marağı olub ki, həmin obyektə aid payçı şəxs İmaməddin Rəsulovu kənarda saxlayıb, onun razılığı soruşuimadan və ya imtina ərizəsi olmadan 1 hektar torpaq sahəsi daxil obyekti 2000-ci ildə "Azərittifaq"ın saxta qərərdatı ilə Faiq İbrahimovun adına özəlləşdirib.Hesab edirəm, Eldar Quliyevin bu qanunsuzluğu etməsinə səbəb kimi, Faiq İbrahimovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının dayısı olması, onun imkanlı şəxs hesab edilməsi və Faiq İbrahimovun Kəmaləddin Heydərovun nüfuzundan istifadə etməsi idi."

Bəzi faktları açıqlayan Zaur Rəsulov daha sonra yazır:

"Hörmətli mətbuat nümayəndələri!

Mənim atamın və mənim ailə üzvü kimi "Mirvari" ictimai-iaşə obyektində pay torpağımız və əmlak payımız olub. O da bu gün mənimsənilib, biz bu əmlakdan məhrum edilmişik. İctimai-iaşə kimi fəaliyyətdə olan obyektin qanundan irəli gələn şəkildə ilk əvvəl öz payçısına təklif edilməməsindən sonra, atam Rəsulov İmaməddin Cümşüd oğlu xəstələndi, bir müddət sonra dünyasını dəyişdi, anam bu hadisədən sonra əsəbdən xəstəlik tapdı.Hətta bu ədalətsiz qərardan həmin ərəfədə ölkə rəhbərliyinə,digər dövlət orqanlarına şikayət etmək istədim. Onda da mənə bildirildi ki,şikayət etməyin, sizin halal lığınız alınacaq, payçı olduğunuza görə pulunuz veriləcək.Bu qanunsuz qərardan 24 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizim ailənin haqqı hazırkı bazar dəyəri nəzərə alınmaqla hələ ödənilməyib,məni bu günün özündə də aldadırlar. Eldar Quliyevdən qaynaqlanan, Faiq İbrahimovla yaşanan problem bu günün özündə də həllini tapmayıb. Bir tərəfdən əmlak hüququmuzu pozublar, digər tərəfdən,məni hazırda da aldadırlar.

Onu da qeyd edim ki,bir müddət sonra Faiq İbrahimov iz itirmək üçün dəyəri bir milyon manata yaxın həmin obyekti 1 hektar torpaq ərazisi daxil olmaqla, "SOCAR" da məsul vəzifədə çalışan Fərid Cəfərov adlı şəxsə satdı.Bildiyim qədər, obyekt Fərid Cəfərovun xalası Məcidova Tamella Paşa qızının adına rəsmiləşdirildi və hazırda 3 milyon manata satışa çıxarılıb.

Sizdən xahiş edirəm, bu illər ərzində bərpa edə bilmədiyim haqqımın bərpasında mənə kömək edin, Sizlərə müraciətimi ictimailəşdirin.

Sizlərə əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə, Rəsulov Zaur İmaməddin oğlu

Ünvan: Qəbələ şəhəri, Natəvan küçəsi, ev 17."

TEREF olaraq "Azərittifaq"ın sədri,millət vəkili professor Eldar Quliyevlə əlaqə saxlamaq mümkün olmadı.Lakin yenədə məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri