Icma.az
close
up
RU
“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.

“Azərkosmos”dan AZƏRTAC-a biıdirilib ki, müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyinə həsr olunur. Müsabiqə Qarabağ regionunun inkişafı, süni intellekt texnologiyaları ilə proqnozlaşdırıcı modellərin hazırlanması və innovativ xəritə dizaynı kimi istiqamətləri əhatə edəcək.

Müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun nümayəndələri qatıla bilərlər. Müsabiqə iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması və digər istiqamətlərdə ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Qeydiyyat mayın 1-dən iyunun 30-dək aparılacaq. Müsabiqənin ilk üç qalibi (birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN) pul mükafatı ilə təltif olunacaqlar. Bundan əlavə, 10 nominasiya üzrə qaliblər müəyyən ediləcək və hər bir qalibə 500 AZN məbləğində mükafat təqdim olunacaq. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat alamaq və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri