“Azərsun Holdinq”: Məhsullarımızın beynəlxalq arenada nümayiş etdirilməsi yerli məhsulların keyfiyyətinin yüksək olmasından irəli gəlir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərsun Holdinq” Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən biri kimi kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğunlaşdırılması” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.
O qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir.
“Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir. “Azərsun Holdinq” məhsullarının “Made in Azerbaijan” yazısı ilə beynəlxalq arenada nümayiş etdirilməsi unikal imkanlar yaradır, bu, yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olmasından irəli gəlir”, - deyə Savaş Uzan vurğulayıb.
Baxış sayı:42
Bu xəbər 01 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















