“Azərsun Holdinq” pərakəndə sahəsində çalışmaq istəyən gənclərə dəstək olur
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“Azərsun Holdinq” S.T.E.P. Pərakəndə Gənc İstedadlar Proqramına start verir.
5 aylıq ödənişli təcrübə proqramı çərçivəsində gənclər Bazarstore və AL Marketdə pərakəndə sahəsinə aid biliklər qazanacaqlar. Belə ki, proqram 8 əsas istiqamətdə real təcrübə qazanmaq imkanı yaradır. Gənclər kommersiya, istehsal (pl), kateqoriya, planlama, marketinq, logistika, tədarük zənciri və insan resusrları üzrə təcrübə keçəcəklər. Həmçinin iştirakçılar “Azərsun Akademiyası”nda təlim proqramlarında iştirak edəcək, eyni zamanda peşəkar mentorluq dəstəyi vasitəsilə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Layihənin məqsədi pərakəndə sahəsində karyera qurmaq istəyən gənclərə real iş mühitində hərtərəfli təcrübə qazandırmaq, proqramı uğurla tamamlayan namizədləri işə qəbul etməklə gələcəyin peşəkar kadrlarını formalaşdırmaqdır.
Layihədə universiteti yeni bitirmiş və ya maksimum 1 ilə yaxın iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunun üçün cv-lərinizi [email protected] electron poçt ünvanına göndərə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Avqust 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















