Icma.az
close
up
RU
“AZGRANATA”, “ASTARAÇAY”DAN TƏHSİLƏ... Keçmiş deputat Təhsil Nazirliyindəki təyanatlarla bağlı yeni faktlar açıqladı

“AZGRANATA”, “ASTARAÇAY”DAN TƏHSİLƏ... Keçmiş deputat Təhsil Nazirliyindəki təyanatlarla bağlı yeni faktlar açıqladı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis Etibar Əliyev Elm və Təhsil Nazirliyində yüksək vəzifə təyinatları ilə bağlı yeni faktlar açıqlayıb.

“AzPolitika” xatırladır ki, o, daha əvvəl “Facebook” səhifəsində nazir Emin Əmrullayevin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində Ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini təyin edilib) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin etdiyi barədə məlumat paylaşmışdı. Ekspertin paylaşımı geniş rezonans doğurub, sosial şəbəkələrdə və saytlarda dəfələrlə paylaşılıb, yüzlərlə şərhlər yazılıb.

E.Əliyev “Facebook” səhifəsindəki növbəti paylaşımında Elm və Təhsil Nazirliyində eyni qəbildən olan yeni təyinatlardan bəhs edib: “...Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayevin Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?!

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitutunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.

Riyaziyyatçı-alim, əsl təhsil bilicisi mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək, mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq, oranı bazara çevirmək məqsədilə qrant layihələrində ortağı olan Almaz Əsgərova adlı bir qadının direktor təyin edilməsinə nail oldu, onu xüsusi olaraq himayə etdi və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…”

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri