Icma.az
close
up
RU
AZNAR” fəaliyyətini dayandırdı 100 lərlə işçi kənarda qaldı (SƏBƏB+FOTOLAR)

AZNAR” fəaliyyətini dayandırdı 100 lərlə işçi kənarda qaldı (SƏBƏB+FOTOLAR)

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsinin qanunsuz qərar və hərəkətləri nəticəsində müəssisəmizin istehsalat fəaliyyəti əsassız olaraq dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub".

Bu barədə "Unikal"a "AZNAR” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Qeyd edilib ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.

"Bu mübahisə yalnız həmin iki təsərrüfat subyekti arasında mövcuddur və “AZNAR” QSC-nin həmin müqavilələrə, tərəflərin öhdəliklərinə və yaranmış borc münasibətlərinə heç bir aidiyyəti yoxdur. "AZNAR" QSC-nin VÖEN-i 6000083631, Kənd MMC-nin VÖEN-i isə 6000827271 saylıdır. Buna baxmayaraq, məhkəmə və icra orqanları tərəfindən “AZNAR” QSC-nin istehsalat müəssisəsi bağlanmış, istehsal avadanlıqları möhürlənmiş və əmlak üzərinə həbs qoyulub. Bu tədbirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3 və 158.3.1-ci maddələrinin tələblərinə zidd olaraq, əsassız şəkildə və “AZNAR” QSC-nin hüquqi iştirakı olmadan həyata keçirilib. Qanuna görə, müvəqqəti təminat tədbirləri yalnız cavabdeh tərəfin istehsalda iştirak etməyən əmlakı üzərinə tətbiq edilə bilər. Lakin bu halda məhkəmə üçüncü tərəf statusu belə olmayan, mübahisəyə aidiyyəti olmayan bir müəssisənin fəaliyyətini iflic edib. Üstəlik, bu tədbirlər 30 oktyabr 2025-ci il tarixli məhkəmə qərarından əvvəl, 16 oktyabrda, yəni hüquqi əsas olmadan görülüb.

Qeyd etməliyik ki, göstərilən qanunsuz icra hərəkətləri 2-2(102)-733/2025 saylı 08.10.2025-ci il tarixli qarşılıqlı iddia üzrə səhmdar tərəfindən verilmiş ərizəyə Ali Məhkəmədə Kassasiya icraatı hakim Kəmalə Abiyevanın icraatında olarkən , Ali Məhkəmə qərarını gözləmədən, məhsul yığımının ən qızğın vaxtında edilib. Nəticədə “AZNAR” QSC-nin istehsalat prosesi tam dayanmış, müəssisə 2025-2026-cı illər üzrə nəzərdə tutulmuş 3 700 tondan artıq nar şirəsi istehsalı və ixrac planını icra edə bilməmiş, yüzlərlə işçi əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olub. Göyçay Probasiya Şöbəsinin 16.10.2025-ci il tarixindən etibarən "AZNAR" ASC emal müəssisəsinin QARAÇAY FŞ-nin “KƏND” MMC ilə olan borcuna görə qanunsuz şəkildə bağlanması nəticəsində istehsalat prosesi tam dayandırılıb. Qeyd olunur ki, "AZNAR" ASC və “KƏND” MMC - ayrı-ayrı hüquqi şəxslər olub, müstəqil VÖEN-lərə, ayrı bank hesablarına və fərqli təsərrüfat subyekti statusuna malikdirlər. Buna baxmayaraq, "AZNAR" ASC-nin fəaliyyəti üçün heç bir hüquqi əsas olmadan məhdudiyyət tətbiq edilib, nəticədə mövsümün qısa müddətli olması nəzərə alınmalı və müəssisə istehsalat və ixrac fəaliyyətini dayanacağı üçün bu ixtisarlar və maliyyə itilərinə səbəb  olacaq".

Məlumatda vurğulanıb ki, zavodda ümumilikdə 78 ədəd aseptik saxlama çəni mövcuddur: "Gündəlik nar qəbulu nəticəsində 3 ədəd çən dolur. 1 litr nar şirəsi üçün 3,3 kq nar tələb olunur. 1 çənin tutumu: 48 000 litr, Gündəlik istehsal həcmi: 3 çən × 48 000 litr = 144 000 litr/gün. Qanunsuz bağlanma dövrü üzrə hesablanma (16.10.2025 – 30.10.2025):
Müddət: 15 gün. İstehsal olunmamış məhsul həcmi: 15 × 144 000 = 2 160 000 litr nar şirəsi, 1 litrin ixrac dəyəri: 1,60 ABŞ dolları, ümumi ziyan (USD): 2 160 000 × 1,60=3 456 000ABŞ dolları, AZN ekvivalenti (1 USD = 1,70 AZN): 3 456 00 000 × 1,70 = 5 875 200 AZN

16.10.2025–30.10.2025 tarixləri ərzində "AZNAR" ASC-nin qanunsuz şəkildə bağlanması nəticəsində müəssisəyə  5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb. Bu zərər "AZNAR" ASC-yə məxsus istehsalatın məcburi dayandırılması nəticəsində formalaşmış və “KƏND” MMC ilə heç bir hüquqi əlaqəsi olmayan ayrıca təsərrüfat subyektinə "AZNAR" QSC -nə dəyib".

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see528

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see214

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see131

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see126

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see126

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see124

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see124

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri