Icma.az
close
up
RU
Azpulmat a borcu olanlara məhkəmə təzyiqi: Gənc qadınlardan istifadə olunur İDDİA

Azpulmat a borcu olanlara məhkəmə təzyiqi: Gənc qadınlardan istifadə olunur İDDİA

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər bəzi vətəndaşlara özlərini "Məhkəməyə hazırlıq şöbəsinin" əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən zənglərin edilməsi narazılıq yaradıb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə yayılan iddialara görə, həmin şəxslər, əsasən, gənc qadınlar olur və onlar "Azpulmat" adlı kredit təşkilatına borcu olan şəxslərlə əlaqə saxlayaraq, borcun bir gün ərzində ödənilmədiyi təqdirdə işin məhkəməyə veriləcəyi ilə hədələyirlər.

Məhkəməyə verildikdə isə icra qərarı çıxarılacağı və vətəndaş borcunu ödəyənə kimi məhkəmə xərcləri ilə yanaşı, hər günə 7% hesablanacağı bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azpul" MMC (Azpulmat) BOKT-dən bildirilib ki, faiz dərəcələri, ödəniş müddəti və cərimə sanksiyalarının hesablanması qüvvədə olan normativ-hüquqi aktlarla tənzimlənir.

"Şirkətimizin fəaliyyəti 18.09.2020-ci il tarixli BKT-34 saylı lisenziyaya əsasən həyata keçirilir və Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də tənzimləyici qurumun bütün tələbləri çərçivəsində aparılır.

Müştərinin kredit üzrə öhdəliyi gecikdiyi halda "Azpul" MMC qanunvericiliyə uyğun olaraq öz maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəməyə müraciətdən əvvəl məlumatlar məhkəməyədək xidmət şöbəsinə yönləndirilir və burada əməkdaşlarımız müştərilərlə əlaqə saxlayaraq borcun məhkəməyə qədər, hər iki tərəfin maraqlarını nəzərə almaqla ödənilməsini təklif edirlər.

Müştəriyə məlumat verilir ki, şirkətin məhkəmə icraatına çəkdiyi xərclər, qanunvericiliyə əsasən, müştərinin üzərinə düşür. Bundan əlavə, məhkəmə icraçısına icra sənədində göstərilən məbləğin 7%-i həcmində rəsmi komissiya ödənilməlidir.

Əgər müştəri borcunu ödəmirsə, iş qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq məhkəmə icraçısına ötürülür. Bu mərhələdə yalnız səlahiyyətli məhkəmə nümayəndələri tərəfindən rəsmi bildirişlər və zənglər həyata keçirilə bilər.

"Azpul" MMC-nin əməkdaşları müştərilər üçün istənilən uyğun vaxtda zəngləri qəbul edir, məsləhət verir, suallara cavablandırır, təklif və şikayətləri qəbul edirlər.

Hər hansı qanun pozuntusu ilə rastlaşdıqda müştərilərimizi dərhal 24/7 rejimində fəaliyyət göstərən "1670" Çağrı Mərkəzi ilə əlaqə saxlamağa çağırırıq", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri