“Aztelekom” ilk dəfə 1000 Mbit/s yə qədər fiber internet tariflərini təqdim edir
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
“Qafqazinfo” xəbər verir ki, yeni tariflər istifadəçilərə müasir rəqəmsal tələblərə cavab verən daha yüksək sürət, stabil bağlantı və geniş istifadə imkanları təklif edir.
Bu tariflərin tətbiqi, xüsusilə video və yayım platformalarından istifadə, onlayn oyunlar, məsafədən iş və təhsil, eləcə də eyni anda çoxsaylı cihazların şəbəkəyə qoşulması kimi gündəlik rəqəmsal ehtiyacların daha keyfiyyətli şəkildə qarşılanması məqsədi daşıyır.
Yeni 500 Mbit/s və 1000 Mbit/s sürətli tariflərin istifadəyə verilməsi ölkədə yüksəksürətli internet xidmətlərinin inkişafına töhfə verməklə yanaşı, həm fərdi istifadəçilər, həm də biznes üçün daha geniş imkanlar yaradır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir.
Qeyd edək ki, “Aztelekom” son illərdə ölkənin genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirib. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində şirkət ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Nəticə etibarilə fiber-optik internetin əhatə səviyyəsi təxminən 13 dəfə artaraq ölkə əhalisinin, demək olar ki, 100 faizinə yaxınlaşıb. Eyni zamanda 3 milyondan çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli fiber-şəbəkə ilə əhatə olunub.
Son illərdə görülən işlər nəticəsində “Aztelekom” ölkə tarixində ilk dəfə 5 beynəlxalq mükafat qazanaraq “Ən sürətli sabit şəbəkə” daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təltiflərə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 22 İyun 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















